Dünya Azərbaycanın xarici siyasəti mükəmməl elmi-politoloji tədqiqat prizmasında

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun müəllifi olduğu "Dış Politika: Gerçekler ve Geleceğe Bakış" adlı kitab Türkiyənin "Berikan" nəşriyyatında (Ankara) nəşr edilib.

AZƏRTAC xəbər verir ki, kitab tələbələr, aspirantlar, ali məktəb müəllimləri, beynəlxalq münasibətlər sahəsində ixtisaslaşan mütəxəssislər, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Türkiyənin siyasi, ictimai elmi dairələrinin mühakiməsinə təqdim olunan bu kitab müstəqil Azərbaycan Respublikasının xarici siyasətinin nəzəri praktiki aspektlərini bütün tərəfləri ilə tədqiq edən dəyərli mənbədir.

Dörd fəsildən ibarət bu kitabı əhatə etdiyi mövzu dairəsinə görə ümumilikdə iki ayrı-ayrı hissəyə bölmək olar. Birinci hissədə XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir Qərbin Samuel Hantinqton, Alvin Toffler, Zbiqnev Bjezinski, Henri Kissincer, Sol Kohen, Pyer-Mari Qallua, Frensis Fukuyama, Cozef Nay başqa bu kimi nəhəng geosiyasi konsepsiyalar yaradan siyasətşünaslarının əsərlərində təqdim olunan beynəlxalq münasibətlər sistemi araşdırılır.

İkinci hissə isə əsas etibarilə Azərbaycanın xarici siyasətinin müstəqillik dövrünə həsr olunub. Bu hissədə ümummilli lider Heydər Əliyevin formalaşdırdığı Prezident İlham Əliyevin yaradıcılıqla davam etdirdiyi xarici siyasət kursu qlobal regional dəyişikliklər kontekstində təhlil edilir. Sərt gücanlayışındanyumşaq gücanlayışına keçidin siyasi geosiyasi xüsusiyyətləri dəqiqləşdirilir. Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri prioritetləri yeni dünya nizamına keçid aspektində araşdırılır. Balanslaşdırılmış siyasətin mahiyyəti güclü dövlət quruculuğu regional lider statusu arasındakı sıx əlaqə müstəvisində təqdim olunur. Xarici siyasətin transformasiyası Azərbaycanın modernləşməsi kursunun mərhələləri ilə əlaqəli şəkildə verilir. Müasir tarixi mərhələdəyumşaq gücsiyasətinin formalaşmasının müxtəlif aspektlərinə diqqət yetirilir. Bu prosesin fonunda xarici siyasətdə müdafiə mövqeyindən hücum strategiyasına keçid mexanizmi tədqiq olunur.

Kitabın birinci fəsli geosiyasi nəzəriyyələrin XX əsrdəki transformasiyasına həsr edilib. Həmin ideya təkamülü prizmasından müasir geosiyasi konsepsiyalar nəzərdən keçirilib.

İkinci fəsildə Azərbaycanın xarici siyasətinə qlobal regional geosiyasi meyillərin qarşılıqlı əlaqəsi müstəvisində baxılıb. Burada ölkənin xarici siyasət kursunun prioritetlərinin bir-biri ilə sıx bağlı olan konkret vəzifələri reallaşdırmaq imkanları əsaslandırılıb. Güclü dövlət konsepti ilə regional liderliyin uzlaşması məsələsi həmin aspektdə təhlil olunub.

Üçüncü fəsildə güclü dövlət konsepti regional liderlik arasındakı əlaqəyə bölgə səviyyəsində geosiyasi oyunçu kimi formalaşma imkanları müstəvisində baxılıb. Problem yeni dünya nizamının təşəkkül tapdığı bir dövrdə bu prosesə geosiyasi təsiri olan çoxlu sayda ölkələrin meydana çıxmasından ibarətdir. Müəllif üçüncü fəsildə Azərbaycanın bu proses qarşısındakı mövqeyi, həmin istiqamətdə müxtəlif meyillərə qarşı hazırlığı ilə bağlı məsələləri bir sıra mülahizələrini türkiyəli oxucularla bölüşür. Təhlillər nəticəsində Azərbaycanın bu aspektdən imkanlarının geniş olduğu ortaya çıxır.

Nəhayət, sonuncu fəsildə xarici siyasətin prioritetləri bir-biri ilə qarşılıqlı əlaqədə qlobal miqyasda geosiyasi dəyişmələr işığında nəzərdən keçirilib. Burada Azərbaycan rəhbərliyinin ardıcıl olaraq həyata keçirdiyi modernləşmə kursu ilə xarici siyasətin transformasiyası arasındakı daxili bağlılıq araşdırılıb. Həmin əsasda proqnoz xarakterli müddəalar irəli sürülüb. Müasir diplomatiyanın bir sıra xüsusiyyətlərinin təhlili nəticəsində onun gələcəkdə oynaya biləcəyi rol haqqında tezislər təqdim edilib.

Kitabın yekun hissəsində qənaətlər ümumiləşdirilib bu mövzu ilə bağlı aktual hesab edilən gələcək tədqiqat istiqamətləri müəyyənləşdirilib.

Kitabın özünəməxsus iki fərqli cəhəti var. Mövzuya yanaşmanın qısa səciyyəsini ayrıca vermək məqsədiləMetodoloji qeydlərbölməsində hansı metodoloji yanaşmaya üstünlük verildiyi şərh edilib. Müəllif hər bir tədqiqatda aydın metodoloji yanaşmanın mövcud olmasını zəruri hesab edir. İkincisi, müəllif hər bir fəslin sonunda nəzəri ümumiləşdirmələrin aparılmasını təklif edir. Müəllifə görə, bu cür ümumiləşdirmələr irəli sürülən fikirlərin daha konkret dəqiq başa düşülməsinə, oxucunun əsərin ideya inkişafını aydın görməsinə xidmət edir.

Əminliklə deyə bilərik ki, beynəlxalq münasibətlər sahəsində öz metodologiyası, mövzuya yanaşma tərzi məzmun dərinliyi ilə seçilən, müstəqil Azərbaycanın xarici siyasətinin kompleks şəkildə incəliklə təhlil olunduğu "Dış Politika: Gerçekler ve Geleceğe Bakış" kitabı Türkiyədə geniş oxucu kütləsi qazanacaq. Kitabı Ankara şəhərinin kitab satışı mağazalarından "Berikan" nəşriyyatından əldə etmək mümkündür (http://www.berikanyayinevi.com.tr/yayinlar/kitap-580-DIS_POLITIKA_GERCEKLIKLER_VE_GELECEGE_BAKIS.html).

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 22 oktyabr.- S. 5.