Professor Əli Həsənovun elmi məqaləsi Rusiyanın nüfuzlu “Science and world” jurnalında dərc edilib

 

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun Rusiyada çap olunan nüfuzlu “Science and world” jurnalının sentyabr nömrəsində (№ 9 (25)) ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə soyqırımı siyasətinin mərhələlərindən bəhs edən elmi məqaləsi ingilis dilində dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı təcavüzkarlıq siyasəti geniş təhlil edilir.

Müəllif zəngin xarici mənbə tarixi faktlara əsaslanan məqaləsində göstərir ki, son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqlarıBöyük Ermənistandövləti yaratmaq olub.

Məqalədə qeyd edilir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanılıb. Nəticədə XX əsrin əvvəllərindən etibarən erməni millətçiləriBöyük Ermənistanideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirib azərbaycanlıları tarixi torpaqlarından qovmaqla etnik təmizləmə soyqırımı siyasətini həyata keçirməyə başlayıblar.

Mənbələrə əsasən məqalədə təsdiq edilir ki, erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı etnik təmizləmələrə məruz qalıblar. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda başqa bölgələrdə davam etdirilməsi nəticəsində minlərlə azərbaycanlının ən qəddar üsullarla qətlə yetirilməsı məqalədə faktlarla diqqətə çatdırılır.

Professor Əli Həsənov qeyd edir ki, Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü ildə muxtar vilayət statusu verildi bu hadisə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması, həm ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə olub. Bununla da sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial mədəni muxtariyyətə malik olub, ancaq Ermənistan öz ərazi iddialarını bir neçə dəfə ortaya atıb, lakin istəyinə nail ola bilməyib.

Məqalədə hər dəfə Qarabağa dair ərazi iddialarının kənardan, məhz Ermənistanın təbliği, təhriki təzyiqi ilə ortaya atılması diqqətə çatdırılır göstərilir ki, XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın uzaq xaricdəki himayədarlarının köməyi iləBöyük Ermənistanideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Nəticədə, 1988-1993-ci illərdə monoetnik dövlət yaratmağa nail olan Ermənistan Respublikası Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeridib, dinc sakinlər qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, talan edilib yandırılıb.

Tarixçi alim diqqətə çatdırır ki, bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfərdən çox azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. Eyni zamanda, dövlət terrorizmi soyqırımı siyasəti yeridən Ermənistan işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən ümumilikdə müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin yük qatarlarında, Bakı Metropolitenində, hava nəqliyyatında, sərnişin daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki dövlət obyektlərində) çoxsaylı terror aktları törədilib. Nəticədə 1200 nəfər həlak olub, 1705 nəfər yaralanıb. Hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Müəllif faktlara rəqəmlərə əsasən göstərir ki, işğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti eksponatı, 44 məbəd 9 məscid dağıdılıb, talan edilib yandırılıb. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab qiymətli tarixi əlyazmalar məhv edilib.

Məqalədə bildirilir ki, münaqişənin ədalətli həlli işğal altında olan torpaqlarımızın azad edilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bununla yanaşı, müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Vurğulanır ki, bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilib.

Əli Həsənov, eyni zamanda, məqalədə qeyd edir ki, XX əsrin sonlarında ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Müəllif vurğulayır ki, beynəlxalq hüquqa görə, soyqırımı sülh insanlıq əleyhinə yönələn əməldir ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilib Soyqırımı cinayətinin qarşısının alınması cəzalandırılması haqqındaKonvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunub. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunub. Bununla yanaşı, məqalədə müəllif diqqətə çatdırır ki, Xocalı soyqırımı dünya tarixində heç vaxt unudulmayan Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa Holokost kimi dəhşətli soyqırımlarından heç geri qalmır adı çəkilən hadisələr dinc əhalinin soyqırımı olaraq bütün dünyada geniş əks-səda doğurub.

Professor Əli Həsənovun məqaləsinin Rusiyada çap olunan nüfuzlu “Science and world” jurnalında dərc edilməsi təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi yaddaşlarda həkk olunması deyil, eləcə Ermənistanın dövlət terrorizmi siyasətinin dünyaya çatdırılması ifşa olunması baxımından əhəmiyyətlidir.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 23 oktyabr.- S. 3.