Rusiyada Qafqaz Müsəlmanları İdarəsinin sədrinə orden təqdim edilib

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 22-də Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində keçirilən “XXI əsr təhsil müstəvisində İslamın idealları dəyərlərimövzusunda VIII beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Bu barədə AZƏRTAC-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Konfransın gedişində A.Paşazadənin Rusiya Mərkəzi Ruhani İdarəsinin ali mükafatı – “Əl-İzzətŞərəf, Şöhrət Ləyaqətordeni ilə təltif olunduğu barədə fərman oxunub. Orden QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri şeyxülislam Allahşükür Paşazadəyə İslam dininə uzunmüddətli etibarlı xidmətinə, dünya miqyasında sülh həmrəyliyin ardıcıl müdafiəsi işində uğurlarına, dünya xalqları, Rusiya Azərbaycan arasında dostluq qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə layiqli töhfəsinə, millətlərarası dinlərarası dialoq işinə hərtərəfli dəstəyinə, insanların dünyanın taleyinə görə Yaradan, Vətən, gələcək nəsillər qarşısında məsuliyyət daşıdıqları hissini aşıladığına görə verilib.

Ordeni xüsusi hədiyyəni QMİ sədrinə Rusiya Mərkəzi Ruhani İdarəsinin sədri baş müfti Talqat Tacuddin təqdim edib.

Şeyxülislam A.Paşazadə tədbirdə məruzə ilə çıxış edib.

Beynəlxalq konfrans işini oktyabrın 23-də davam etdirəcək.

 

Azərbaycan.- 2015.- 23 oktyabr.- S. 3.