BMT nümayəndəsi Azərbaycanın gənclər siyasəti barədə məlumatlandırılıb

 

Oktyabrın 21-də BMT-nin İnkişaf Proqramının Avropa MDB üzrə regional bürosunun direktor müavini Olivye Adam Gənclər İdman Nazirliyində olub.

AZƏRTAC xəbər verir ki, nazir Azad Rəhimov BMT-nin 70 illik yubileyi ilə əlaqədar oktyabrın 21-23-də ölkəmizdə keçiriləcək tədbirlərlə bağlı ölkəmizə səfərə gələn BMT nümayəndəsi ilə görüşdə ötən il Gənclər Siyasəti üzrə Qlobal Forumun keçirilməsində birgə əməkdaşlığın məhsuldarlığından danışıb. Qeyd edib ki, forumda dünyanın müxtəlif ölkələrindən 600-dən çox nümayəndə iştirak edib. Nazir vurğulayıb ki, belə tədbirlər əməkdaşlığın möhkəmləndirilməsinə kömək edir. Direktor müavininə ölkəmizdə gənclər siyasəti sahəsində görülən işlər, gənclər mərkəzlərinin fəaliyyəti barədə məlumat verilib.

O.Adam Azərbaycan Respublikası Gənclər İdman Nazirliyi ilə BMT arasındakı qarşılıqlı münasibətlərin səviyyəsindən məmnunluğunu bildirib. O, sosial layihələrin reallaşdırılması gənclər üçün seminar-treninqlərin təşkili sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.

A.Rəhimov müvafiq sahədə yeni təşəbbüsləri qarşılıqlı əlaqələrin istiqamətlərini müzakirə etməyə hazır olduğunu bildirib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 23 oktyabr.- S. 3.