ICAO-nun prezidenti Azərbaycanda səfərdədir

 

Oktyabrın 22-də Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) prezidenti Olumuiva Benard Aliu Azərbaycana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, qonağı qarşılayanAzərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir ƏsgərovAzərbaycan Hava Yolları”nın yüksək sürətlə inkişaf etdiyini vurğulayıb mülki aviasiyanın hazırkı mərhələsi barədə məlumatlandırıb.

Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi 2014-cü il aprelin 23-də istifadəyə verilib. İldə 6 milyon sərnişin daşıma gücünə malik olan yeni aerovağzal kompleksinin ümumi sahəsi 65 min kvadratmetrdir. Sərnişinlərin rahatlığını təmin etmək üçün aeroportda hər bir imkan yaradılıb - çoxlu sayda kafe restoranlar, biznes salonlar, interaktiv köşklər uşaq meydançası mövcuddur, zallarda 2000-dən çox rahat oturacaq, 40 ədəd qeydiyyat masası, 30 eskalator, 21 lift binanın xaricində teleskopik traplar quraşdırılıb. İdarəetmə mərkəzində quraşdırılmış avadanlıq 165 min kvadratkilometr ərazidə hava gəmilərinin uçuşlarını idarə etməyə imkan verir. Yeni uçuş-enmə zolağı ICAO-nun ən yüksək kateqoriyasına cavab verən işıqlandırma sistemləri, radionaviqasiya avadanlığı radarlarla təchiz olunub.

Aeroportla tanışlıqdan sonra tərəflər arasında görüş keçirilib. GörüşdəAzərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov aviaşirkətin fəaliyyəti, onun uğurlarından bəhs edib.

Görüşdən sonraAzərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərova üzərindəTəsdiq olunur ki, Heydər Əliyev Beynəlxalq Aeroportu mülki aviasiyanın beynəlxalq uçuşları üçün açıqdırsözləri yazılan Dövlətlərarası Aviasiya Komitəsinin sertifikatı təqdim olunub. Sertifikatı təqdim edən Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Cahangir Əsgərovu mülki aviasiyanın bacarıqlı mütəxəssisi veteranı adlandırıb, Heydər Əliyev Beynəlxalq Aeroportunun dünyanın ən yaxşı aeroportlarından biri olduğunu bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycan hökumətinə ölkədə mülki aviasiyanın inkişafına göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

T.Anodina ICAO prezidentinə Azərbaycanda mövcud olan digər aeroportlarla da tanış olmağı tövsiyə edib. Heydər Əliyev Beynəlxalq Aeroportunun möhtəşəmliyi, onun müasir dünya standartlarına beynəlxalq mülki aviasiyanın tələblərinə cavab verdiyindən danışan T.Anodina bildirib ki, yalnız paytaxt Bakının aeroportu yox, Azərbaycanın digər şəhərlərinin aeroportları da çox gözəldir müasir tələblərə cavab verirlər.

ICAO prezidenti Olumuiva Benard Aliu “Silk Way Business Aviation”, “Baku Cargo Terminal”ı, “Silk Way TechnicsAzəraeronaviqasiyaHava Hərəkəti İdarəsinin binalarına baş çəkib, oradakı inkişafla tanış olub, görülən işlər barədə məlumatlandırılıb.

ICAO prezidenti Heydər Əliyev Beynəlxalq Aeroportunda yaradılmış şəraitə, mülki aviasiya sahəsində görülən işlərə çox böyük qiymət verib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 23 oktyabr.- S. 4.