Fransa
Respublikasının Prezidenti Zati-aliləri cənab Fransua
Ollanda
Hörmətli
cənab Prezident,
Ölkənizdə
baş vermiş nəqliyyat qəzası nəticəsində
çoxsaylı insan tələfatı xəbəri məni
olduqca kədərləndirdi.
Baş
vermiş faciə ilə əlaqədar Sizə, həlak
olanların ailələrinə və yaxınlarına,
bütün Fransa xalqına öz adımdan və Azərbaycan
xalqı adından dərin hüznlə
başsağlığı verir, yaralananların və xəsarət
alanların tezliklə sağalmasını arzulayıram.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 23
oktyabr 2015-ci il.
Azərbaycan.- 2015.- 24 oktyabr.- S. 1.