“Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1347-IVQD nömrəli
Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci
il 6 oktyabr tarixli 1347-IVQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan
Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının “Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların “Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3.
Müəyyən edilsin ki, Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinin 457.2-1-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
həyata keçirir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
22 oktyabr 2015-ci il
Azərbaycan.-
2015.- 24 oktyabr.- S. 1.