Azərbaycanın
Baş nazirinin birinci müavini Belarusun “Şərəf” ordeninə layiq görülüb
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovu “Şərəf” ordeni ilə təltif edib. “Şərəf” ordeni ilə “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin müşahidə şurasının sədri Xanlar Fətiyev də təltif olunub.
Onlar bu yüksək mükafata Belarus və Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin möhkəmləndirilməsinə və inkişafına mühüm şəxsi töhfələrinə görə layiq görülüblər.
Belarus dövlətinin
başçısı müvafiq fərmanları
oktyabrın 22-də imzalayıb.
AZƏRTAC
Azərbaycan.- 2015.- 24 oktyabr.- S. 2.