Beynəlxalq festivallar şəhərinə çevrilən
Şəki inkişaf dövrünü
yaşayır
Füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, zəngin mədəni irsə malik olması və yüksək xidmət mədəniyyəti Şəkini turistlərə daha da doğmalaşdırır.
Şəkinin ərazisində 84 arxeoloji və memarlıq abidəsi var. Onlardan I-IV əsrlərə aid Kiş alban məbədi, XVIII əsrə aid Şəki Xan Sarayı dünya əhəmiyyətli abidələrdir. Hazırda şəhərin bir hissəsini əhatə edən “Yuxarı Baş” Tarix-Memarlıq Qoruğunun UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi istiqamətində iş aparılır.
Son illər Şəkidə turizm infrastrukturunun yaxşılaşdırılması sahəsində mühüm işlər görülür, müasir tipli istirahət mərkəzləri, yeni hotellər istifadəyə verilir. Şəki şəhərinə gələn turistlərin sayı ilbəil artır. Şəhər öz tarixi simasını qorumaqla müasir dövrün tələblərinə uyğun yeniləşir, abadlaşır.
Dövlət başçısı İlham Əliyevin 2011-2013-cü illərdə Şəkiyə 4 səfəri olmuş, 13 obyektin açılışında və təməlqoyma mərasimlərində iştirak etmişdir. Qısa müddətdə Şəkinin sosial-iqtisadi inkişafı ilə bağlı 6 sərəncam imzalanmışdır.
Son dörd
il ərzində şəhərin prospekt və küçələrində, eləcə
də yeni istifadəyə verilmiş
xəstəxana kompleksinin
qarşısında yollar genişləndirilmiş,
asfalt-beton örtük
salınmaqla yenidən qurulmuşdur. Yol kənarlarında on yeddi
min metr uzunluğunda yeni arx və
kanallar tikilmişdir. Şəhərdaxili yollarda 22 kilometr uzunluğunda asfaltlaşdırılma
işləri aparılmışdır.
Azərbaycan Prezidentinin “Mirzə Fətəli Axundzadənin
200 illik yubileyinin keçirilməsi haqqında”
sərəncamına uyğun
olaraq böyük ədibin adını daşıyan mədəniyyət
və istirahət parkında əsaslı təmir işləri aparılmışdır. Burada şəhər
sakinlərinin istirahəti
üçün hər
cür şərait vardır. Ümumi sahəsi 7 hektar
olan parkın 35 min kvadratmetr ərazisində yaşıllıq işləri
görülmüş, müxtəlif
dekorativ ağaclar və gül kolları əkilmişdir.
Parkda uşaqların istirahəti
üçün lazımi
şərait yaradılmışdır.
Sərəncama uyğun
olaraq ədibin ev - muzeyinə
gedən yolda, qala divarları qarşısındakı meydanda
və onun ətrafında müasir işıqlandırma sistemi
qurulmış, yeni yaşıllıq zolağı
salınmışdır. M.F.Axundzadənin
200 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində
Prezident İlham Əliyevin tapşırığı
əsasında inşa
edilmiş “Yay teatrı”nın açılışı olmuşdur.
Ötən müddət ərzində
“Aşağı Karvansaray”
kompleksində təmir-bərpa,
XVIII əsrə aid tarixi
abidə olan “Şəki Xanlarının
evi”ndə, Sabit Rəhman adına Şəki Dövlət
Dram Teatrında əsaslı
təmir və yenidənqurma işləri
aparılmış, Qarabağ
müharibəsi əlilləri
və şəhid ailələri üçün
36 mənzilli, Dövlət
Arxivinin Şəki filialı, şəhərdə
qəza vəziyyətində
olan yaşayış
evlərindən köçürülən
sakinlər üçün
yeni 24 mənzilli yaşayış evi, əhalinin ən sıx yerləşdiyi yaşayış sahələrindən
birində - “Əşirlər”
məhəlləsində sakinlərin
asudə vaxtlarının
təşkili üçün
tikilmiş yeni bina istifadəyə verilmişdir. Görkəmli gülüş ustası
Lütfəli Abdullayevin
büstü qoyulmuşdur.
Kiş kəndi ərazisində “Marxal” istirahət kompleksinin, Gənclər evinin, Şəki şəhərində şəhid
ailələri və Qarabağ müharibəsi
əlilləri üçün
yeni 5 fərdi yaşayış evinin, Şəki şəhər
Psixiatriya xəstəxanasının
tikintisi davam etdirilir. Məhkəmə kompleksinin inşası
isə başa çatmaq üzrədir.
Ötən dövrdə yol infrastrukturunun yaxşılaşdırılması
istiqamətində önəmli
işlər görülmüşdür. Şəki-Qax avtomobil yolunda tikinti işləri aparılmış, Aşağı
Küngüt-Aydınbulaq avtomobil
yolu yenidən tikilərək istifadəyə
verilmişdir. Hazırda
on səkkiz min nəfər
əhalinin yaşadığı
3 yaşayış məntəqəsini
birləşdirən, uzunluğu
17,1 kilometr olan Aşağı Göynük-Baş
Göynük-Baş Şabalıd
avtomobil yolu yenidən inşa edilir.
Dövlət başçısının kənd
təsərrüfatının inkişaf etdirilməsi istiqamətində qarşıya
qoyduğu əsas vəzifələrdən biri
iri fermer təsərrüfatlarının yaradılması və ixrac məsələsidir. Rayonun Orta
Zəyzid bələdiyyəsinə
məxsus ərazidə
sahibkarlar tərəfindən
icarəyə götürülmüş
78 hektar ərazidə
müasir texnologiyalar əsasında yeni Aqropark yaradılmışdır.
Burada yüksək keyfiyyətli
meyvə bağı salınmış, eyni zamanda məhsulun saxlanması, qablaşdırılması
və emal olunması üçün
işlər görülür.
Əldə olunan məhsulun
daxili bazarda satışı ilə yanaşı, həm də xaricə ixrac olunması nəzərdə tutulur.
Ən müasir tələblərə cavab
verən və meyvə məhsulları istehsalı, emalı üzrə ixtisaslaşacaq
Aqroparkda 100-dən çox
iş yerinin açılması nəzərdə
tutulur.
Hazırda Şəkidə 18 sənaye
müəssisəsi fəaliyyət
göstərir. Burada regionun ən
böyük sənaye
müəssisələrindən olan - “Şəki-İpək”
ASC də mövcuddur.
2014-cü ildə Şəkidə
ən müasir texnologiyalar əsasında
yeni yaradılan “Sünbül” çörək
zavodunda ilkin məhsul istehsalına başlanmışdır. Tikintisinə 2013-cü ilin martında başlanan bu müəssisədə Çex
Respublikası, Almaniya
və İtaliyadan gətirilmiş ən müasir çörəkbişirmə
avadanlıqları quraşdırılmışdır.
Şəki şəhərində təhsil
müəssisələrinin tikintisi və təmiri, onların maddi-texniki bazasının
gücləndirilməsi istiqamətində
əsaslı işlər
görülmüşdür. Belə
ki, son beş
ilə yaxın bir müddətdə Şəki Şəhər
Təhsil Şöbəsinin
yeni inzibati binası tikilərək istifadəyə verilmiş,
25-dən artıq məktəbin
yeni binasının inşası və əsaslı təmiri aparılmışdır.
Hazırda Şəkinin Qoxmuq kəndində 840 şagird
yerlik məktəb binasının tikintisi başa çatmaq üzrədir. 180 şagird
yerlik Qaratorpaq kənd tam orta məktəbinin inşası
isə davam edir. Şəki şəhər qarışıq
tipli uşaq internat məktəbində
əsaslı təmir
işləri aparılır.
Son beş ildə
Şəkidə 10-dan artıq
uşaq bağçası
əsaslı təmir
edilmiş və ya yenidən tikilmişdir. Hazırda əhalinin daha sıx məskunlaşdığı
ərazilərdə Heydər
Əliyev Fondunun vəsaiti hesabına hər biri 100 yerlik 2 uşaq bağçasının tikintisi
başa çatmaq üzrədir. Bunlarla yanaşı, şəhər
19 saylı uşaq bağçası əsaslı
təmir edilir, 11 saylı bağçanın
təmiri ilə bağlı layihələndirmə
işləri yekunlaşmaqdadır.
Şəki şəhərində son illər
səhiyyə müəssisələrinin
maddi-texniki bazasının
yaxşılaşdırılması, əhaliyə göstərilən
tibbi xidmətin səviyyəsinin yüksəldilməsi
sahəsində bir sıra işlər görülmüşdür. Dünya
Bankı ilə Səhiyyə Nazirliyinin birgə həyata keçirdikləri “Səhiyyə
sektorunda struktur islahatları” layihəsi çərçivəsində rayonun Aşağı Göynük kəndində
sahə xəstəxanası,
Baş Göynük kəndində isə həkim məntəqəsi
inşa edilmişdir.
Şəki Rayon Mərkəzi Xəstəxanasının
nəzdindəki doğum
evinin bazasında
Regional Perinatal Mərkəz
yaradılmışdır. Doğum evi
kompleksində əsaslı
təmir, rayon mərkəzi
xəstəxanasında yenidənqurma
işləri aparılmışdır.
Hər il Şəkidə
çoxlu sayda mədəni-kütləvi tədbirlər
keçirilir, tarixi günlər, bayram tədbirləri yüksək
səviyyədə qeyd
olunur. Şəki Azərbaycanda Festivallar
şəhəri kimi tanınır. 2014-cü ildə Şəkidə 4
beynəlxalq festival keçirilmiş,
bu festivallara 20-yə yaxın xarici ölkədən 200 nəfərdən
çox iştirakçı
qatılmışdır. Bu il də
Şəki 4 beynəlxalq
festivalın keçirilməsi
ilə yadda qaldı. Bu dəfə
Azərbaycanda, eləcə
də Qafqazda ilk dəfə olaraq Şəkidə “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalı
keçirilmişdir. Şəkidə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının, Şirniyyat
festivalının və
Qafqaz motofestivalının
keçirilməsi, həmçinin
Şəhər gününün
qeyd olunması ənənə halını
almışdır.
Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ
olunmasına daim böyük diqqət göstərilir. Prezident İlham Əliyevin,
UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlərin
əhəmiyyəti böyükdür.
2013-cü il avqust ayının 14-də
Şəkiyə səfəri
çərçivəsində dövlət başçısı
Şəki şəhər
ictimaiyyətinin nümayəndələri
ilə görüşündə
demişdir: “Şəki
Azərbaycanda və deyə bilərəm ki, bölgədə və dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Burada, əlbəttə, təbiət
və memarlıq, qədim və tarixi binalar, Şəkinin şəhərsalma
qaydaları gözəl
bir mənzərə,
vəhdət yaradır.
Təsadüfi deyil ki, Şəkinin mədəniyyəti
ilə maraqlananların
sayı getdikcə artır. Həm daxili turizm artır, həm də xaricdən gələn qonaqların sayı. Azərbaycanın demək olar
ki, bütün yerlərində Şəkiyə
çox böyük maraq vardır. İstərdim ki, Azərbaycanın
bütün vətəndaşları
vaxt tapıb Şəkiyə səfər
etsinlər. İndi şərait
yaxşılaşır, yollar
çəkilir və
nəqliyyat vasitələri
müasirləşdirilir. Ona görə də gələcəkdə daxili
və xarici turizm inkişaf edəcəkdir. Biz gərək Şəkidə
gələcəkdə beynəlxalq
tədbirlərin sayını
da artıraq”.
Əli SƏLİMOV,
Azərbaycan.- 2015.- 24 oktyabr.- S. 6.