Qafqazın ən zəngin kolleksiya bağı - Bakının yaşıl muzeyi

 

Mərkəzi Nəbatat Bağında 2000-ə yaxın bitki növü qorunur, onun 150-yə yaxını nadir və nəsli kəsilməkdə olan növlərdir

 

Müasir dövrdə ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunması və gələcək nəsillərə çatdırılması ən vacib məsələlərdəndir. Xüsusilə son dövrlərdə baş verən iqlim dəyişiklikləri, səhralaşma, ekoloji tarazlığın pozulması və digər amillər dünya flora və faunasına ciddi təsir göstərib. Nəticədə nəsli kəsilən və ya “Qırmızı kitaba düşən bitkiheyvan növlərinin sayı sürətlə artıb. Təsadüfi deyil ki, alimlər əsrin sonuna qədər dünyada olan bitki növlərinin hər üçdə ikisinin məhv olması ilə bağlı həyəcan təbili çalırlar. Belə bir vəziyyətdə Nəbatat bağları “xilaskar” missiyasını yerinə yetirir.

Qeyd olunan problemlər Azərbaycanın da flora və faunasından yan keçməyib. Ölkəmizdə dövlət qoruqları və xüsusi mühafizə olunan təbii ərazilər kifayət qədər olsa da, bioloji müxtəlifliyin qorunmasında və inkişaf etdirilməsində əsas yük Mərkəzi Nəbatat Bağının üzərinə düşür. Eyni zamanda insanların sıxlığını və atmosferin müxtəlif qazlarla çirkləndiyini nəzərə alsaq, Bakı kimi böyük şəhərin ekologiyasının tənzimlənməsində də bağ kifayət qədər böyük çəkiyə malikdir. Odur ki, məsələnin aktuallığını və bu istiqamətdə Mərkəzi Nəbatat Bağının rolunu nəzərə alaraq adını çəkdiyimiz ünvana yollandıq...

Hələ 1934-cü ildə Bakının Dağüstü parkından (indiki Şəhidlər xiyabanı) “Qurd qapısı”na tərəf, dəniz səviyyəsindən 105-135 m hündürlükdə yerləşən ərazidə bağ üçün təxminən 100 hektara yaxın sahənin ayrılması haqqında qərar qəbul edilir və həmin ilin ikinci yarısında tikintiyə başlanılır. Bir il sonra isə ərazinin bir hissəsində bağın ilk direktoru Mixail Vasilyeviç Brjezitskinin rəhbərliyi ilə toxum, qələm və tinglərlə əkin işlərinə, bitkilərin becərilməsinə başlanılır. 1935-1938-ci illər ərzində bağda institut binası, oranjereyalar, istixanalar, bağın əməkdaşları üçün yaşayış binası, emalatxanalar və təsərrüfat binalarının inşasına start verilir. Elə o vaxtdan etibarən bağın sahəsində Azərbaycan florasının, eləcə də ekzot texniki, dərman bitkilərinin kolleksiyasının yaradılması ilə yanaşı, onların üzərində elmi-tədqiqat işlərinin aparılmasına başlanılır.

1936-cı ildə Botanika İnstitutu təşkil olunduqdan sonra bağ onun nəzdində şöbə kimi fəaliyyətini davam etdirir. Müharibədən (1941-45-ci illər) sonrakı illərdə bağa yeni mənbədən su çəkilməsi introduksiya, əkin və elmi-tədqiqat işlərinin genişləndirilməsinə imkanlar yaradır. Belə bir təkan bağın mövcud (16 hektarlıq) sahəsinə yaxın olan 25 hektar yaşıllıq ərazisinin də bura verilməsi Nəbatat bağının ümumi sahəsinin 41 hektaradək artmasına səbəb olur. 1977-ci ildə isə akademik Həsən Əliyevin rəhbərliyi ilə yaradılmış xüsusi komissiya aidiyyəti qurumlarla birlikdə bağın inkişafı haqqında tədbirlər planı hazırlayır. Bu layihənin reallaşması bağda yeni bir canlanmaya səbəb olur.

Bitkilərin əkilməsində sistematik prinsip...

Nəbatat bağı yarandığı gündən elmi-mədəni mərkəz kimi fəaliyyət göstərib. Həmçinin şəhər sakinlərinin və paytaxta gələn qonaqların ən çox üz tutduğu məkanlardan olub. Sözsüz, insanları bura çəkib gətirən bağda floramızın canlı kolleksiyalarının yaradılması və onları müşahidə etmək istəyi ilə bərabər, elmi mərkəzlə istirahətin, sağlamlıq və gələcəyin bir arada cəmləşməsi olub. Elə bizibura çəkib aparan sadaladığımız amillər idi.

Bağın giriş qapısından içəri daxil oluruq. O dəqiqə səs-küylü paytaxt küçələrindən, ardı-arası kəsilməyən maşınların əhatəsindən və insan selindən ayrılıb tamam başqa məkana - sakit bir guşəyə atıldığını düşünürsən. Bir az dərinliklərə irəlilədikcə ağacların kölgəsində və baş-başa verən qızılgüllərin arasında özünü hansısa bir yaşıl adaya düşmüş kimi hiss edirsən...

Gəzinti zamanı müşahidə etdik ki, burada olan bitkilərin əksəriyyətinin üzərindən asılmış və ya qarşısında quraşdırılmış lövhəciklərdə onların adları, cinsi və vətəni haqqında məlumatlar var. Eyni zamanda bitkilər iki prinsip üzrə - botaniki-coğrafisistematik olaraq əkilib. Bağda ərazilərin konkret bölgüsü aparılıb. Məsələn, botaniki-coğrafi prinsipə görə buradakı Azərbaycan, Şərqi Asiya, Hirkan florası ərazisi və digərləri bir-birindən fərqlənir. Və yaxud da sistematik prinsipə uyğun olaraq qızılgül sahəsi varburada sortların nümayişi nəzərdə tutulur. Belə bölgü imkan verir ki, bağa gələn hər kəs fərqli-fərqli yerlərin florasını izləməklə onlar haqqında rahat şəkildə məlumatlar ala bilsinlər.

Beləcə, ucu-bucağı görünməyən bağı bir az seyr etdikdən sonra (institut bağın ərazisində yerləşir) Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini icra edən və Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Validə Əli-zadə ilə görüşüb söhbət etdik. Validə xanım ilk növbədə bağın vəzifəsi, burada əldə olunan elmi nəticələr, qarşıya qoyulan məqsəd və istiqamətlər haqqında məlumat verdi. Bildirdi ki, Qafqazda ən zəngin kolleksiya Mərkəzi Nəbatat Bağındadır. Hazırda burada yerli və dünyanın müxtəlif botaniki-coğrafi rayonlarının florasından olan faydalı bitkilərin növ, forma və sortlarının zəngin kolleksiyası var. O, çətinliklər olmasına baxmayaraq, bütün işlərin konkret plan üzrə aparıldığını dedi: “Bizim əsas istiqamətimiz bioloji müxtəlifliyin qorunması və inkişaf etdirilməsi, saxlanması və gələcək nəsillərə çatdırılmasıdır. Bu zaman introduksiya, yəni bitkilərin becərilməsi, yeni sortların əldə olunması əsas şərtlərdir. Ona görə də işlərimizi bu istiqamət üzrə qururuq. Bağın digər mühüm vəzifəsi Abşeron şəraitinə tropiksubtropik bitkilərin introduksiyası və uyğunlaşması ilə əlaqədardır”.

Öyrəndik ki, Azərbaycan florası 4500 növdən artıq ali bitkilərdən ibarət zəngin biomüxtəlifliyə malikdir ki, hazırda onların hər onundan biri təbiətdən yox olmaq təhlükəsindədir. Ona görə də nadirendem bitki növlərinin mühafizəsi burada elmi işçilərin diqqət mərkəzindədir. V.Əli-zadə onu da qeyd etdi ki, 2000-ci ildən bağ Botanika İnstitutunun strukturundan ayrı fəaliyyət göstərsə də, elmi cəhətdən həmişə bir-biri ilə bağlı olub.

Burada təbiətlə insanlar arasında “dostluq” yaranır

Sonra söhbətimizi Mərkəzi Nəbatat Bağının elmi işlər üzrə direktor müavini, dosent Vahid Fərzəliyevlə davam etdirdik. O, dünyada olan nəbatat bağları ilə ölkəmizdəki nəbatat bağının oxşar və fərqli cəhətləri, eləcə də onların prinsipləri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, bu gün dünyada 2000-dən çox nəbatat bağı var. Onlar əsasən üç kateqoriyadan - bitkilərin qorunması və öyrənilməsi, istirahət və onların hər ikisinin birlikdə cəmləşməsindən ibarətdir. Mərkəzi Nəbatat Bağında isə üçüncü kateqoriyaya üstünlük verilir. V.Fərzəliyev əsas prinsipin elmi istiqamət və bioloji müxtəlifliyin qorunması ilə bərabər, onların həm də davamlı istifadəsinin vacib olduğunu vurğuladı: “Alimlərimiz təkcə bağda yox, ümumilikdə ölkə ərazisində təbiətlə təmasda olurlar. Azərbaycanın müxtəlif ərazilərinə elmi ekskursiyalara gedirikorada olan bitkilərin vəziyyətini, durumunu öyrənirik. Məhv olmaq təhlükəsilə üzləşən nadir bitkiləri bağa gətiririk və həm toxum şəklində, həm də canlı bitki olaraq öz kolleksiyamıza əlavə edirik. Təkcə bununla kifayətlənməyib bu bitkilərin təbiətdə necə olmasını öyrənirik, təbii şəraitlə mədəni şəraiti müqayisə etməklə bitkinin vəziyyəti və qorunma arealını müəyyən edirik. Bu halda, əlbəttə, nadir bitki növlərinin bərpası, gələcəkdə təbiətə qaytarılması yolları mümkündür”.

Vahid Fərzəliyev bağın həm də bu sahə üzrə maarifləndirmə funksiyasını yerinə yetirdiyini deyir: “Ayrı-ayrı vətəndaşlarımızdan və xarici qonaqlardan başqa, uşaq bağçalarından, məktəblərdən, ali təhsil ocaqlarından bağa hər gün onlarla insan gəlir. Ona görə də bu insanların kimliyindən asılı olmayaraq, istirahəti ilə bərabər, buradakı bitkilər haqqında ətraflı məlumat əldə etməsinə imkanlar yaradılıb. Bağ əməkdaşları bununla insanların təbiətə münasibətini dəyişməyə, onlar arasında “dostluq” əlaqəsi yaratmağa çalışırlar. Həm də ziyarətçilər gərginlikdən azad olub təbiətdən zövq ala-ala bağda görülən işlərlə də tanış olurlar. Təbii ki, çoxlu sayda insanın eyni vaxtda məsələyə yanaşması, qiymətləndirməsi və bütün bunlardan faydalanması vacib məsələdir. Çünki maarifləndirmə olmadan elmin, yeniliyin, dəyişikliyin insanlara faydası da gözlənilən nəticəni verə bilməz”.

Elmi nəticələr bağın əhəmiyyətini daha da artırır

Mərkəzi Nəbatat Bağında canlı bitkilərin kolleksiyasının, elmi işçilərin və kadr potensialının olması elmi yanaşmaya geniş imkanlar yaradıb. Bu gün bağdakı canlı aləmə 25 nəfəri elmi işçi olmaqla 128 nəfər qulluq edir. Təbii ki, onların göstərişi ilə bitkilərə qulluq işlərini həyata keçirən və bağa xidmət edən aqronom, bağban heyəti də var. Elmipraktiki işlərin həyata keçirilməsi üçün isə Mərkəzi Nəbatat Bağının strukturundaNadir və nəsli kəsilməkdə olan bitkilər”, “Ağackol bitkiləri”, “Çiçəkçilik”, “Örtülü şəraitdə becərilən bitkilər” və “Bitkilərin mühafizəsi və monitorinqi” laboratoriyaları, “Toxumçuluq” və “Bitkilərin xəstəlik və ziyanvericilərlə mübarizə” sektorları fəaliyyət göstərir.

Mərkəzi Nəbatat Bağının elmi nəticələri isə bağın əhəmiyyətini daha da artırır. Belə ki, son 10 ildə yerli floradan və mübadilə yolu ilə alınmış toxumlardan 27 yeni ağac, kol, ot bitkisi növləri, 41 yeni süsən, 14 günotu, 15 payızgülü və 400 qızılgül sortundan ibarət kolleksiya yaradılıb. 19 bitki növünün struktur əlamətləri, uyğunlaşma imkanları öyrənilib və becərilmə üsulları işlənib hazırlanıb: 5 növ bitkinin isə introduksiya şəraitində morfogenezi, o cümlədən ontogenezin ilkin dövrü üçün becərilmə üsulları müəyyən edilib. Respublika biomüxtəlifliyinin tədqiqi ilə əlaqədar Sünbülçiçəkkimilər fəsiləsindən 3 nadir növün - Alban, Fomin yabanı sünbülçiçəyinin və Qəşəng gəmirici soğanının kolleksiyası yaradılıb. Burada aparılan elmi-tədqiqat işlərindən biri də hibridləşmə və seleksiya üsulu ilə yeni qızılgül sortlarının alınmasıdır. Hazırda Nəbatat bağının kolleksiya sahələrində 100-ə yaxın qızılgül sortu var. Onlar arasında alimlərimizin yetişdirdiyi və Kənd Təsərrüfatı Nazirliyindən patent almış “Əsrin müqaviləsi”, “Sarı gəlin” və “Nazpəri” qızılgül sortları yeni növlərdir. Belə elmi nəticələr və yeniliklərin siyahısını bir az da uzatmaq olar. Onu də xatırladaq ki, bağ tərəfindən aparılmış elmi tədqiqatların nəticələri bir sıra yerlixarici nəşrlərdə çap edilib.

Əsas innovativ istiqamətlərdən biribu sahədə beynəlxalq əlaqələri yaratmaqinkişaf etdirməkdir. Bunun ən başlıca üstünlüyü isə dünya təcrübəsinin əldə edilməsi, işlərin tam müasir səviyyədə görülməsidir. Bağ hazırda dünyanın 100-ə qədər Nəbatat bağı ilə əlaqə saxlayır, 30-dan artıq Nəbatat bağı ilə toxum mübadiləsi edir. Həmin toxumların hesabına bağın kolleksiyası 40 növdən artıq ağac, kol və çiçək bitkilərinin növləri ilə zənginləşib. Eyni zamanda Mərkəzi Nəbatat Bağı 2006-cı ildən Beynəlxalq Botanika Bağları Cəmiyyətinin üzvüdür. Bu təşkilat tərkibində 2 minə yaxın Nəbatat bağını birləşdirir və konkret olaraq bütün dünya Nəbatat bağları üçün strategiya müəyyən edir.

Əgər yolunuz Nəbatat bağına düşsə, Botanika muzeyinə də baş çəkməyi unutmayın. İlk ekspozisiya sərgisi Talış dağlarının unikal relikt bitkilərinə həsr olunan muzey 2014-cü ildə yaradılıb. Sərgi İsveçrənin Friburq Təbiət-Tarixi Muzeyi, AMEA Botanika İnstitutu və qabaqcıl Avropa dizayner kompaniyasının müştərək işi olmaqla müasir interaktiv elementlər və yaraşıqlı innovativ maarifləndirici bazanı özündə cəmləşdirir. Muzeydə sərgilənən müxtəlif növ bitkilərdən əlavə, kompüter sistemi ilə idarə olunan elektron lövhə vasitəsilə Azərbaycanın istənilən bölgəsinə “səyahət” edib canlı aləmini izləyə bilərsiniz.

İş olan yerdə problem olur...

1980-ci illərin sonu 90-cı illərin əvvəllərində ölkədə baş verən durğunluq, özbaşınalıq xaos Nəbatat bağına da öz təsirini göstərir. Bu illərdə layihələndirilmiş böyük tikililərin, hovuzların inşası dayandırılır. Yay mövsümündə suyun çatışmaması, qışda oranjereyalarda istiliyin işçi qüvvəsinin olmaması üzündən bağın qiymətli kolleksiyaları: soğangülü, payızgülü, qarğasoğanı, buynuzbaş digər ağac bitkilər məhv olur. Bu tənəzzül illəri qədər üzücü olsa da, müstəqilliyin sonrakı illərində başqa sahələrdə olduğu kimi, burada da yeniliklər özünü göstərir, canlı aləmin məhv olmaq təhlükəsinin qarşısı alınır. Ancaq problemlər bununla bitmir. V.Fərzəliyev bu gün əsas çətinliklərin daha çox su ilə bağlı olduğunu deyir: “Su problemi bağın köhnə dərdidir, indi özünü göstərir. Bizə ayrılan sudan başqa ərazilərdə istifadə olunduğundan təzyiq aşağı olur, yalnız səhər axşam saatlarında normal təzyiqlə suyun gəlməsi mümkündür. Xüsusilə, bu yay çətinlik daha çox hiss olundu. Ümumilikdə isə, su məsrəfimiz çox olduğuna görə qənaətlə işlətmək məcburiyyətindəyik. Çox istərdik ki, gələcəkdə texniki suvarma suyumuz olsun. Bu su içməli sudan azı on dəfə ucuzdur bitkilər üçün qidalıdır”.

Söhbət zamanı məlum oldu ki, çətinliklər təkcə su ilə bitmir. Belə ki, kanalizasiya sisteminin bağdan kənarda olması da müəyyən mənada narahatlıq doğurur. Digər bir məsələ isə texnikanın çatışmazlığı ilə bağlıdır ki, bu da bağa qulluq edilməsi və budama işlərinin aparılması zamanı daha çox özünü göstərir.

Göründüyü kimi, bu günbağda görüləcək işlər kifayət qədərdir. Odur ki, böyük layihələr üzərində işlənilir və yeni konstruksiyanın yaradılması gözlənilir. Hazırda bağda 1 oranjereya və 2 istixananın tikintisi başa çatdırılıb. Yeni coğrafi bir sahə yaradılması istiqamətində işlər aparılır ki, bu da dərman bitkiləri və faydalı bitkilər üçün nəzərdə tutulub.

Bu gün dünyada Nəbatat bağlarının çoxaldılması və sahəsinin artırılmasına xüsusi diqqət yetirilir. Məsələn, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrin hər birində ən azı 6-7 Nəbatat bağı var. Beynəlxalq təcrübədə ölkənin coğrafiyasına və iqliminə görə baş Nəbatat bağı və iqlim tiplərinə uyğun ayrı-ayrı yerlərdə kiçik Nəbatat bağlarının yaradılmasına üstünlük verilir. Onlar baş Nəbatat bağının ətrafında fəaliyyətlərini davam etdirirlər.

Ölkəmizin də coğrafi mövqeyiiqlimi bu baxımdan çox əlverişlidir, unikallığı ilə fərqlənir. Odur ki, biomüxtəlifliyin qorunmasına daha geniş imkanlar yaransın deyə, belə bağların sayını çoxaltmaq olar. Elə bitki növləri var ki, ölkəmizin başqa yerlərində onun qorunması və inkişaf etdirilməsi mümkündür. Ancaq Abşeronun iqlimi buna imkan vermir, nümunələr bağa gətirilsə də, sıradan çıxır. Sevindirici haldır ki, Gəncə şəhərində yeni Nəbatat bağının yaradılması nəzərdə tutulub. Eyni zamanda Naxçıvanda Bioresurslar İnstitutu və Mərdəkandakı Dendrologiya İnstitutu da bu sahəyə öz töhfəsini verir.

Təbii zənginlikləri qoruyub saxlamaq istəyiriksə, Bakının Mərkəzi Nəbatat Bağı ilə yanaşı, bölgələrimizdə də belə bağlar yaratmalıyıq. Təbiəti qorumaq naminə...

 

Elnur HADIYEV,

 

Azərbaycan.- 2015.- 24 oktyabr.- S. 7.