Sahibkarlığın inkişafında yeni mərhələ başlayır

 

Prezident İlham Əliyevin imzaladığı fərman Azərbaycanın makroiqtisadi göstəricilərinə də birbaşa pozitiv təsir göstərəcək

 

Azərbaycanda sahibkarlığın inkişafında yeniolduqca mühüm mərhələ başlayır. Daim biznes strukturlarının hamisi kimi çıxış edən Prezident İlham Əliyevin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, lisenziya verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” imzaladığı fərman, eləcə də Milli Məclisin qəbul etdiyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun bunu deməyə əsas verir. İndiyə qədər müxtəlif hökumət qurumları tərəfindən verilən və bəzən bir-birilərini təkrarlayan lisenziyalarxüsusi razılıqlar, bir sözlə, süni maneələr bu fərmanla aradan qaldırılacaq.

Bəzi maneələr tamamilə aradan qaldırıldıqda bu, sahibkarlıq sektorunda vergi intizamının güclənməsinə də səbəb olacaq. Yersiz müdaxilələrin tamamilə ləğvi, dövlət dəstəyinin daha da artırılması sahibkarların xərclərini azaltmaqla vəsaitlərə qənaət etməsinə səbəb olmaqla onların vergi ödənişlərinin həcmini də artıracaq. Nəticədə, dövlət büdcəsinin vergili daxilolmalarında artım müşahidə ediləcək. Ümumiyyətlə, sahibkarlığın inkişafı təkcə ölkənin sosial-iqtisadi inkişafına deyil, həm də ictimai-siyasi sabitliyin möhkəmlənməsinə, demokratikləşmə proseslərinin sürətlənməsinə, vətəndaş cəmiyyəti quruculuğuna təkan verən mütərəqqi prosesdir. Eyni zamanda, adamlarının sayının çoxalması bir çox sosial problemlərin həllinə yaxşı imkanlar açır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən artıq çoxluğunun göstərilən sahədə sui-istifadə hallarını qeyd edərək, bunun qarşısının alınacağını, nəticə çıxarmayanların isə cəzalandırılacağını bildirmişdir. Artıq yeni fərman və yeni qanuna əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılacaq. Yeni proses lisenziyaların sayının minimuma endirilməsi, verilmə qaydalarının sadələşdirilməsinə və şəffaflığın təmin edilməsinə yönəlib. Birmənalı şəkildə demək olar ki, bu, adamlarına verilən siyasi dəstəkdir. Hər zaman sahibkarlıq fəaliyyətinə olan yersiz müdaxilələrin aradan qaldırılması istiqamətində müəyyən tədbirlər həyata keçirən dövlət başçısının son fərmanı inqilabi addım kimi dəyərləndirilir. Çünki bu addım mövcud ortakiçik sahibkarlığın inkişafının təmini ilə yanaşı, gənc sahibkarların yetişməsinə də öz töhfəsini verəcək. Bu isə bir daha göstərir ki, Prezident İlham Əliyev üçün ən ali məqsəd vətəndaşın hüququ, onun rifahıdır. Bütün bunlar isə cəmiyyətimizə xoş mesajdır.

İqtisadiyyatda inkişaf etdirilməsi zəruri olan sahələr olduqca genişdir və hökumətin hazırkı əsas məqsədi qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarətdir. Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Qeyri-neft sektorunun inkişafını sahibkarlığa geniş imkanlar yaradılmasında görən dövlət başçısı özəl sektora xüsusi qayğı ilə yanaşır. Sahibkarlara öz imkanlarından və regionların potensialından istifadənin təkmilləşdirilməsi üçün sərəncamlar imzalayır, tapşırıqlar verir. Onların maliyyə təminatının yaxşılaşdırılması qayğısına qalır. Son fərman isə büdcə gəlirlərinin artmasında, o cümlədən yeni yerlərinin açılmasında vacib rol oynayacaq.

Ümumiyyətlə, son 2 sənəd dövlət başçısının sahibkarlığın inkişafı ilə bağlı siyasi iradəsini bir daha nümayiş etdirməklə yanaşı, özəl sektorun inkişafında yeni mərhələnin başlanğıcı kimi də qiymətləndirilməlidir. Bu, artıq özəl sektorun inkişafında yeni mərhələnin açılmasına səbəb olmaqla yanaşı, Azərbaycanın makroiqtisadi göstəricilərinə də birbaşa pozitiv təsir göstərəcək. Mütəxəssislər hesab edirlər ki, sahibkarlığın inkişafında yeni mərhələnin başlanması həm də dövlət büdcəsinin gəlirlərinin artmasına səbəb olacaq. İnkişaf etmiş sahibkarlıq büdcəyə daha çox gəlir gətirəcək.

Müasir Azərbaycanın sürətli inkişaf modelinin yaradıcısı olan Prezident İlham Əliyevin ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı hər zaman nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq özəl sektorun inkişafını strateji anlamda dəstəkləyən yeni islahatlar məhz dövlət başçısının rəhbərliyi ilə reallaşmaqdadır. Araşdirmalar göstərir ki, keçmiş postsovet ölkələrinin heç birində Azərbaycanda sahibkarlara göstərilən qayğı kimi diqqət mövcud deyil. Bu hal ölkəmizdə kiçikorta sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə gətirib çıxaracaq. Eyni zamanda, ölkəmizdə dayanıqlı iqtisadi artım tempinin qorunub saxlanılmasına imkan verəcək. Dövlətin sahibkarlıq fəaliyyətinə göstərdiyi bu diqqət söz yox ki, gənc nəsil üçün stimul yaradacaq. Gənclərin sahibkarlıqla məşğul olması, onların biznesdə uğur qazanması isə dövlət üçün xüsusi önəm daşıyır. Gənclər üçün yaradılan sahibkarlıq şəraitinin yaxşı olmasının onların milli şüurunun, vətənpərvərlik hisslərinin artmasına, milli məfkurəyə bağlı olan gələcək adamları kimi yetişməsinə güclü təsir edir.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2015.- 25 oktyabr.- S. 1.