Luvr muzeyində istedadlı gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb

 

Oktyabrın 23-də Parisdə, dünyanın məşhur rəssamlarının sərgilərinin təşkil olunduğu Luvr muzeyinin Karusel qalereyasında keçirilən “Art Shopping” festivalı çərçivəsində istedadlı gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb.

Qalereyanın direktoru xanım Miryam Anone-Kastane fərdi sərgisinin açılışı münasibətilə Məryəm Ələkbərlini təbrik edib, onun əsərlərinin yenə də tamaşaçılarda böyük maraq yaradacağına əminliyini bildirib. O, Məryəmin öz hisslərini, gördüyüduyduğu dünyanı tamaşaçılara çatdırmaq üçün rəng seçiminə xüsusi diqqət yetirdiyini vurğulayıb, gənc rəssama yaradıcılığında uğurlar arzulayıb.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxışında Luvr muzeyinin Karusel qalereyasında Məryəm Ələkbərlinin fərdi sərgisinin yenidən keçirilməsinin gənc rəssamın uğurunun göstəricisi olduğunu diqqətə çatdırıb.

E. Əmirbəyov deyib ki, enerji, saflıq, müxtəlif rənglər və işıqla dolu yeni bir dünya yaradan gənc Məryəm ecazkar bədii bacarığı ilə seçilir. Onun enerjiinsan hərarəti ilə dolu əsərləri təkcə Azərbaycanda deyil, Fransa, Almaniya, İtaliya, Rusiya, Türkiyə, Latviya kimi ölkələrdə də dəfələrlə nümayiş olunub.

Səfir Məryəmin budəfəki fərdi sərgisinin xüsusi bir mövzuyaibtidai icma dövrünün maraqlı həyat səhnələrini əks etdirən qayaüstü yazılara həsr edildiyinibunun da təsadüfi olmadığını bildirib. O qeyd edib ki, Azərbaycanda mövcud olan qayaüstü yazılar, qaval daşı və palçıq vulkanları ölkəmizin qədim və zəngin mədəni irsinin nadir nümunələrindəndir və onların qorunub saxlanması məqsədilə 1966-cı ildə Bakı şəhərindən 65 kilometr aralıda açıq səma altında muzey - Qobustan Milli Tarix-Bədii Qoruğu yaradılıb. Diplomat gənc rəssamın məhz həmin qoruqda saxlanılan, qədim dövrdə gündəlik həyatı əks etdirən milli mədəni irsimizin nümunələrindən ilhamlandığını vurğulayıb. Səfir Məryəmin fərdi sərgisinin təşkilatçılarına və qonaqlara təşəkkür edib.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov Məryəmin bugünkü fərdi sərgisinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun qayaüstü yazılarına həsr olunmasının önəmini vurğulayıb. O, gənc rəssamın bu əsərlərlə Azərbaycanın mədəni irsini təşviq etdiyini diqqətə çatdırıb.

A.Kərimov 2011-ci ildə Məryəmin UNESCO-da sərgisinin təşkil olunduğunuböyük müvəffəqiyyət qazandığını xatırladıb. O, gənc rəssamın fərdi sərgilərinin İstanbul, Ankara, Berlin, Paris, Roma və digər şəhərlərdə uğurlarından söhbət açıb.

İncəsənət tarixçisi və sərginin təşkilatçısı xanım Janet Zvinjenberjer Məryəmin sərgidə nümayiş etdirilən əsərlərinin əsas məziyyətlərindən bəhs edib. O bildirib ki, istedadlı rəssam yaşadığı hissləri rəsm əsərlərində tamaşaçılara çatdırmaqla mahir fırça ustası olduğunu bir daha sübut etdi. O, açıq səma altında muzeyQobustan Dövlət Tarixi-Bədii Qoruğunun 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil olunduğunuonun Azərbaycanın mərkəzində qayalıq yarımsəhra olan üç zonanı əhatə etdiyini bildirib. AvropaAsiya mədəniyyətinin qovuşuğunda yerləşən və kosmik enerjisi ilə tanınan bu mifik məkanda paleolit dövrünün 6 min qayaüstü yazı və şəkli, eləcə də mağara və kurqanların qalıqları qorunub saxlanılır.

J. Zvinjenberjer gənc rəssamın bu il bütün yay müddətində 5 min ildən 20 min ilə qədər bir dövrü əks etdirən yeni əsərlər silsiləsi yaratdığını deyib. Eramızdan əvvəlki dövrü əhatə edən bu işarələri rəssam tablolarının birində “Əcdadlarımızın kölgələri” adlandırıb.

Sərginin təşkilatçısı deyib: “Məryəm Ələkbərli əsərlərində nizə və oxla silahlanmış, maral, çöl donuzuya öküz ovlayan ovçuların ov səhnələrini göstərir. Əl-ələ tutmuş geometrik personajlar bu gün də Azərbaycanda məşhur olan “Yallı” ritual rəqsini ifa edirlər. Puantilizm stilində çəkilmiş dairələr palçıq vulkanlarından bəhs edir. Rəssam qaya divarlarında həkk olunmuş sxematik fiqurlardan ilhamlanaraq onları qızılı rənglə təsvir edir. Universal dəyərlərə malik bu simvollarda bəşəriyyətin izləri əks olunur. İpək üzərində soyuq batik texnika ilə işlənmiş rəngli arxa fon landşaftın yaşıllığını, dənizin maviliyini, səmanın qızılı rəngini təsvir edir. Fırça ilə çəkilmiş qadın portretləri də özünəməxsusluğu ilə diqqət çəkir. Məryəm çəhrayı, narıncı və bordo rənglərindən ustalıqla istifadə edərək qadın dərisinin təravətini incəliklə təsvir edir. Rəsmlərin haşiyə zolaqları mürəkkəb quruluşlu isimləri ilə fərqlənir. Yay paltarında uzanmış və ya ayaq üstə duran qadın siluetləri ilə həyata ecazkar bağlılığı ifadə edir. Məryəm qadın rəsmlərini Afrodita, ArtemidaDemetra kimi ilahələrin adı ilə bağlayır”.

Diqqətə çatdırılıb ki, istedadlı rəssam əsərlərində birbaşa və səmimi dili ilə başqasını tamamilə fərqli bir formada dərk etmək zərurətinə də toxunur. Məryəmin “Qadın arxetip”ləri adlanan bu əsərlərində özünə güvənən qadınların obrazları əks olunur. O, ətraf aləmi dinləyən qadınların sakit daxili aləmini göstərir.

Vurğulanıb ki, Məryəm Ələkbərlinin yaratdığı əsərlər məna və hisslərin dərinliyi ilə seçilir. O, öz daxili dünyasını əlvan rənglərin dili ilə ifadə edir. Fransada təhsil alan Məryəmin əsərlərinə Matis, Qoqen, Sezan kimi böyük rəssamların yaradıcılığı təsir göstərib.

Çıxışlardan sonra tanınmış gənc caz ustası, pianoçu Etibar Əsədlinin ifa etdiyi Azərbaycan musiqisinin sədaları altında tamaşaçılar gənc rəssam Məryəm Ələkbərlinin əsərlərinə baxıblar.

Sərgi çərçivəsində “Petroqliflər” adlı kataloq müəllifin imzası ilə qonaqlara təqdim olunub.

Luvr muzeyinin Karusel qalereyasında Məryəm Ələkbərlinin fərdi sərgisi oktyabrın 25-dək davam edəcək.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2015.- 25 oktyabr.- S. 7.