Le Parisien: Məryəm Ələkbərli - əsərləri dünyanı dolaşan azərbaycanlı gənc rəssam

 

Fransanın “Le Parisien” saytında azərbaycanlı gənc rəssam Məryəm Ələkbərli ilə bağlı reportaj yayımlanıb.

Reportajda incəsənət tarixçisi xanım Janet Zvinjenberjer Məryəmin sərgilərinin artıq dünyanın bir çox ölkələrində təşkil olunduğunu vurğulayaq, onun əsərlərinin əsas məziyyətlərindən danışıb. O, azərbaycanlı gənc rəssamın öz daxili aləmini və hisslərinin dialoqunu rəsmlərin və rənglərin köməyi ilə ifadə etdiyini vurğulayıb.

J.Zvinjenberjer gənc Məryəmin müasir incəsənətə yaxşı bələd olduğuna toxunaraq, onun rəng seçimikompozisiya istedadına valeh qaldığını bildirib.

Qeyd edək ki, oktyabrın 23-də Parisdə, dünyanın məşhur rəssamlarının sərgilərinin təşkil olunduğu Luvr muzeyinin Karusel qalereyasında keçirilən “Art Shopping” festivalı çərçivəsində istedadlı gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb və sərgi oktyabrın 25-dək davam edəcək.

Azərbaycanlı gənc rəssam Məryəm Ələkbərli haqqında reportaja aşağıdakı linkdə baxmaq mümkündür:

http://videos.leparisien.fr/video/maryam-trisomique-et-artiste-exposee-dans-le-monde-entier-24-10-2015-x3awxdx

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2015.- 27 oktyabr.- S. 8.