Çex Respublikasının Prezidenti
Zati-aliləri cənab
Miloş Zemana
Hörmətli cənab Prezident,
Çex Respublikasının milli bayramı münasibətilə
Sizə və bütün xalqınıza
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan-Çexiya münasibətləri bu gün dinamik və hərtərəfli
inkişaf yolundadır. Keçən ay ölkəmizə səfəriniz,
ölkələrimiz arasında
strateji tərəfdaşlığa
dair imzaladığımız
Birgə Bəyannamə
ikitərəfli münasibətlərimizin
inkişafına mühüm
töhfədir.
Ümidvaram ki, əməkdaşlığımızın
daha da dərinləşdirilməsi
sahəsində qarşıya
qoyduğumuz vəzifələrin
həlli yolunda səylərimizi bundan sonra da ardıcıl
şəkildə davam
etdirəcəyik.
Belə
bir gündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost xalqınıza
daim sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidentı
Bakı, 23 oktyabr 2015-ci il.
Azərbaycan.- 2015.- 28 oktyabr.- S. 1.