Əfqanıstan İslam Respublikasının Prezidenti
Zati-aliləri cənab Məhəmməd Əşrəf Qaniyə
Hörmətli cənab Prezident,
Ölkənizdə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 27 oktyabr 2015-ci il.
Azərbaycan.- 2015.- 28 oktyabr.- S. 1.