İqtisadi, ticarət, elmitexniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2014-cü il mayın 19-da Hanoy şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 202 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında iqtisadi, ticarət, elmitexniki əməkdaşlıq haqqında” Sazişin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. İqtisadi, ticarət, elmitexniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

 

Komissiyanın həmsədri

 

Natiq Əliyev  -  Azərbaycan Respublikasının energetika naziri.

 

Komissiyanın üzvləri:

 

Vaqif Əliyev  - Azərbaycan Respublikası mədəniyyət turizm nazirinin birinci müavini

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat sənaye nazirinin müavini

Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Elmir Vəlizadə - Azərbaycan Respublikası rabitə yüksək texnologiyalar nazirinin müavini

Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

İlham Quliyev - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Firdovsi Əliyev - Azərbaycan Respublikası ekologiya təbii sərvətlər nazirinin müavini

İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Anar İmanov - Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə  səlahiyyətli səfiri.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Vyetnam Sosialist Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 oktyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 28 oktyabr.- S. 1.