IDEA İctimai Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyeva “Mavi Dəniz Fondu”nun mütəxəssisi ilə görüşüb
Oktyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Mavi Dəniz Fondu”nun (“Blue Marine Foundation”) Azərbaycanda səfərdə olan dəniz biomüxtəlifliyi üzrə mütəxəssisi Rori Mur ilə görüşüb.
Bu barədə IDEA İctimai
Birliyindən AZƏRTAC-a
məlumat verilib.
Məlum
olduğu kimi, Böyük Britaniyanın
dünya şöhrətli
dəniz ətraf mühitinin mühafizəsi
təşkilatı olan
“Mavi Dəniz Fondu”nun sədri Çarlz Kloverin rəhbərlik etdiyi nümayəndə heyəti
bu ilin fevral
ayında IDEA İctimai
Birliyinin təsisçisi
Leyla Əliyevanın dəvəti ilə Azərbaycana səfər edib. Səfər zamanı Xəzər
dənizinin ekoloji vəziyyəti müzakirə
edilib və “Mavi Dəniz Fondu”nun aparıcı mütəxəssislərinin Xəzərin
faunasının bərpasına
cəlb edilməsi barədə razılıq
əldə olunub.
Görüşdə Leyla Əliyeva IDEA tərəfindən regionun
ətraf mühitinin mühafizəsi istiqamətində
görülən işlər
və əldə olunmuş nailiyyətlər
barədə məlumat
verib. Leyla Əliyeva Xəzərin
ekoloji vəziyyətindən,
xüsusilə də onun zəngin faunasının son zamanlar
müşahidə olunan
deqradasiyasından narahatlığını
ifadə edib və vəziyyətdən
çıxış yolu
kimi beynəlxalq təcrübədən yararlanmağın
vacibliyini bildirib.
Bu məqsədlə IDEA tərəfindən dəniz
ətraf mühiti üzrə ixtisaslaşmış
aparıcı beynəlxalq
mütəxəssislərlə sıx şəkildə əməkdaşlıq edilir.
Rori Mur Azərbaycanın
zəngin balıq ehtiyatları ilə məşhur olduğunu və buna görə
ölkəmizdə bu
sahənin inkişafı
üçün əlverişli
potensialın mövcudluğunu
qeyd edib. Britaniyalı mütəxəssis bildirib
ki, səfəri çərçivəsində Xəzər dənizindəki
və daxili sulardakı balıq ehtiyatları, eləcə
də ölkəmizin
balıq sənayesindəki
vəziyyəti təhlil
edəcək və bununla bağlı ətraflı hesabat hazırlayaraq IDEA İctimai
Birliyinə təqdim edəcək. Hesabatda, həmçinin
Xəzərin biomüxtəlifliyinin
bərpası üzrə
tövsiyələr də
əks olunacaq. Rori Mur vəziyyətin yaxşılaşdırılması
üçün müasir
texnologiyaların tətbiqi
və elmi metodlardan istifadə etməyin xüsusi əhəmiyyət daşıdığını
vurğulayıb.
“Mavi Dəniz Fondu” 2010-cu ildə dəniz ətraf mühitinin mühafizəsi
və okeanların üzləşdiyi təhlükələrin
qarşısını almaq
məqsədilə təsis
edilib. Fondun
missiyası 2020-ci ilə qədər qoruqlar
yaratmaqla okeanların 10 faizinin
səmərəli mühafizəsinə nail
olmaqdır.
AZƏRTAC
Azərbaycan.- 2015.- 28 oktyabr.- S. 2.