“Notizie Geopolitiche” portalı Ermənistanın təcavüzkar
siyasətindən yazır
İtaliyanın “Notizie Geopolitiche” xəbər portalında Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı növbəti məqalə
yayılıb.
Məqalə ATƏT-in
Minsk qrupunun amerikalı
həmsədri Ceyms Uorlikin fikirləri ilə başlayır. O, Yerevana
səfəri zamanı
deyib ki, azərbaycanlı məcburi
köçkünlərin problemləri
həllini tapmayanadək
Dağlıq Qarabağ
münaqişəsində davamlı
sülhə nail olmaq mümkün deyil.
Müəllif yazır ki, Azərbaycanın Ermənistan
silahlı qüvvələri
tərəfindən işğal
edilmiş Dağlıq
Qarabağ bölgəsindən
və ona bitişik 7 rayonundan olan xeyli sayda
azərbaycanlı məcburi
köçkünə çevrilib.
Bildirilir ki, Azərbaycan ərazisinin 20 faizinin işğalı ilə nəticələnən münaqişə
1994-cü ildə imzalanmış
atəşkəsə dair
sazişlə sanki “donduruldu”. İşğal olunmuş Azərbaycan
ərazilərində separatçı
rejim tərəfindən
beynəlxalq birliyin tanımadığı qondarma
“Dağlıq Qarabağ
respublikası” yaradıldı.
Diqqətə çatdırılır ki,
BMT Təhlükəsizlik Şurası
Ermənistan işğalçı
qüvvələrinin Azərbaycan
torpaqlarından qeyd-şərtsiz
çıxarılmasına dair dörd qətnamə qəbul edib. Lakin buna baxmayaraq,
Ermənistan hələ
də hərbi qüvvələrini həmin
ərazilərdən çıxarmayıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Azərbaycan.- 2015.- 28 oktyabr.- S. 7.