Türkiyə
Respublikasının Baş naziri Zati-aliləri cənab Əhməd Davudoğluna
Hörmətli cənab Baş nazir,
Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən qaynaqlanır. Tarixin bütün sınaqlarından çıxmış birliyimiz və həmrəyliyimiz bu gün dövlətlərarası münasibətlərimizin təməlini təşkil edir.
İnanıram ki, ölkələrimiz arasındakı birlik və möhkəm tərəfdaşlıq münasibətləri qarşıya qoyduğumuz məqsədlərə çatmağımızda, irimiqyaslı iqtisadi layihələrin reallaşmasında, beynəlxalq mövqelərimizin möhkəmlənməsində mühüm rol oynayacaqdır.
Sizə ən xoş arzularımı yetirir, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 26 oktyabr 2015-ci il.
Azərbaycan.- 2015.- 29 oktyabr.- S. 7.