Prezident İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sanjay Rananın etimadnaməsini qəbul edib.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Sanjay Rana etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Səfir Sanjay Rana Hindistan Respublikasının Prezidenti Pranab Mukhercinin Baş nazir Narendra Modinin salamlarını ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Ölkələrimizin tarixi əlaqələrə malik olduğunu vurğulayan səfir Hindistanın Azərbaycan ilə əlaqələrə böyük maraq göstərdiyini bildirdi. O qeyd etdi ki, Hindistan hökuməti Prezident İlham Əliyevin müdrik rəhbərliyini yüksək qiymətləndirir. Səfir Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən iqtisadi sosial sahələrdə böyük inkişafa nail olunduğunu dedi. Hindistanlı diplomat birinci Avropa Oyunlarının ölkəmizdə uğurla təşkil olunmasının keçirilməsinin önəmini qeyd etdi. Ölkələrimiz arasında iqtisadi, ticarət, təhsil texniki sahələrdə əlaqələrin genişləndiyini deyən Sanjay Rana bu əlaqələrin Prezident İlham Əliyevin dəstəyi sayəsində daha yüksək səviyyəyə çatdırılması üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın Hindistan ilə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın iqtisadi, enerji, ticarət, təhsil, mədəniyyət digər sahələrdə böyük potensiala malik olduğunu qeyd etdi. Prezident İlham Əliyev biznes sahəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı sərmayələrin stimullaşdırılması, birgə müəssisələrin yaradılması ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün böyük imkanların olduğunu vurğuladı. Hindistanın informasiya texnologiyaları sahəsində çox qabaqcıl ölkə olduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycanda da bu istiqamətdə işlərin görüldüyünü dedi ölkələrimizin bu sahədə əməkdaşlığı üçün yaxşı imkanların olduğunu bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi ticari sahələrdə əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün səfirin Azərbaycanın müvafiq qurumları ilə yaxşı əlaqələr yaradacağına diplomatik fəaliyyətinin səmərəli olacağına əminliyini ifadə etdi.

Dövlətimizin başçısı Hindistan Respublikasının Prezidenti Pranab MukhercininBaş nazir Narendra Modinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Hindistan Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 30 oktyabr.- S. 1.