Bakıda Türkiyənin milli
bayramı qeyd edilib
Türkiyənin Azərbaycandakı səfirliyi
Cümhuriyyətin elan
edilməsinin 92-ci ildönümü
münasibətilə oktyabrın
29-da rəsmi qəbul
təşkil edib.
AZƏRTAC
xəbər verir ki, hər iki
ölkənin dövlət
himnləri səsləndirildikdən
sonra səfir İsmail Alper Coşkun ulu öndər Mustafa Kamal Atatürkün rəhbərliyi
ilə Türkiyənin
istiqlal mübarizəsindən
və keçdiyi inkişaf yolundan danışıb.
Səfir qeyd edib ki,
Türkiyə öz dinamik inkişaf yolunda siyasi, hərbi, iqtisadi, demokratiya və insan haqları sahələrində böyük
addımlar ataraq regionda və dünyada öz mövqeyini möhkəmləndirib.
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin
inkişafında dövlət
və hökumət başçılarının rolunu
vurğulayan səfir deyib ki, qarşılıqlı
səfərlər, aparılan
danışıqlar və
imzalanmış çoxsaylı
sənədlər dostluq
və qardaşlıq
münasibətlərini ən
yüksək səviyyədə
davam etdirməyə imkan yaradır.
Bildirilib ki, bu gün
Türkiyə və Azərbaycan sıx birliyə nail olublar. Ortaq tarixə,
keçmişə malik
qardaş ölkələrimiz
iqtisadi cəhətdən
inkişaf etdikcə gələcəyə daha
inamla addımlayırlar.
Səfir Türkiyənin milli bayramının qardaş Azərbaycanda qeyd edilməsinin böyük şərəf olduğunu
bildirib.
Sonra diplomat Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəqillik günü
ilə bağlı təbrik mesajını oxuyub.
Baş nazirin müavini Abid Şərifov Azərbaycan
hökuməti adından
Türkiyə dövlətini
və xalqını əlamətdar bayram münasibətilə təbrik
edib. Abid Şərifov bildirib
ki, Türkiyə hərtərəfli inkişaf
edərək çox
böyük və şərəfli yol keçib. Ölkələrimiz arasında münasibətlər
böyük dostluq və qardaşlığın
nümunəsidir. Tarix boyu
Türkiyə hər zaman Azərbaycanın yanında olub, müstəqillik illərində
də ölkəmizin
dövlət quruculuğu
istiqamətində atdığı
bütün addımlara
böyük dəstək
verib. Türkiyə Dağlıq Qarabağ
münaqişəsinin həllində
həmişə Azərbaycanın
yanında olub və ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında
bizi dəstəkləyib.
Azərbaycanla Türkiyə arasında bütün sahələrdə
əməkdaşlıq inkişaf
edir və bundan sonra da
inkişaf edəcək.
Baş nazirin müavini deyib ki, iqtisadi münasibətlərin
əsasını qarşılıqlı
sərmayə qoyuluşları,
enerji və nəqliyyat layihələri
təşkil edir. Azərbaycanda fəaliyyət göstərən
xarici şirkətlərin
30 faizdən çoxu
Türkiyənin payına
düşür. Ölkələrimiz iri nəqliyyat layihələri icra edir. Bunlardan ən böyüyü
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Bu layihənin işə düşməsi Azərbaycanla
Türkiyəni bir-birinə
daha da yaxınlaşdıracaq.
Tədbirdə Azərbaycanın dövlət və
hökumət nümayəndələri, xarici
ölkələrin səfirləri, ictimaiyyətin nümayəndələri
və digər qonaqlar iştirak
ediblər.
AZƏRTAC
Azərbaycan.- 2015.- 30 oktyabr.- S. 3.