Rusiya-Azərbaycan dinlərarası münasibətləri yüksək səviyyədədir

 

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə Rusiya mitropoliti İllarion Volokolamski arasında görüş keçirilib. Görüşdə Allahşükür Paşazadə Rusiya ilə Azərbaycan arasında dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, bu münasibətlərdə Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin xidmətlərini yüksək qiymətləndirib.

QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında beynəlxalq terrorçuluqla mübarizənin vacibliyini vurğuladığını diqqətə çatdırıb. O, beynəlxalq terrorçuluğun bütün dinlərə qarşı yönəldiyini qeyd edib: “Beynəlxalq terrorçuluqdan bütün dinlər əziyyət çəkir. Təklif edirəm ki, bu, III MoskvaDindünya” beynəlxalq konfransının yekun qətnaməsinə əlavə olunsun”.

Mitropolit İllarion Allahşükür Paşazadənin konfransda çıxışını yüksək qiymətləndirdiyini qeyd edib. O, şeyxülislamın konfransda çıxışında toxunduğu problemlərin çox vacib olduğunu söyləyib: “Dinlərarası münasibətlərdə Allahşükür Paşazadənin xidmətləri olduqca böyükdür. Dünyada hazırda ənənəvi dinlərin dinc şəraitdə yaşaması üçün möhkəm potensial var. Başlıcası budur ki, kənar qüvvələr əsrlərlə formalaşan bu tarazlığı pozmağa cəhd göstərməsinlər”.

Rusiya ilə Azərbaycanın beynəlxalq terrorçuluqla mübarizədə birgə səy göstərəcəyinə ümid bəslədiyini vurğulayan mitropolit dünyada sülhünsabitliyin qorunması istiqamətində Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirib.

 

Fəridə Abdullayeva

AZƏRTC-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2015.- 30 oktyabr.- S. 7.