İnfrastrukturun təkmilləşdirilməsi turizm sahəsinin də inkişafı üçün yeni perspektivlər açır

 

Azərbaycan dövləti qeyri-neft sektorunun inkişafını prioritet kimi qarşıya qoyubbu vəzifənin yerinə yetirilməsində turizm özünəməxsus yerə və əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, son illərdə ölkədə bu sahənin inkişafı istiqamətində aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi özünü konkret nəticələrdə göstərir. İndi Azərbaycan dünyada həm də maraqlı turizm məkanı kimi tanınır.

Azərbaycanda turizmin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Yaxın tarixə nəzər salıb ötən əsrin 80-ci illərini xatırlayaq. Keçmiş SSRİ-nin Nazirlər Soveti Sədrinin birinci müavini olan Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Xəzərin Azərbaycan sahillərində İttifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə müvafiq qərar qəbul edilmişdi. 1984-cü ildə isə Azərbaycan SSR Nazirlər Soveti 2000-ci ilə qədər turizmin inkişafı sxemini müəyyənləşdirmişdi. 1988-ci ildən sonra baş verən məlum hadisələr bu arzu və qərarların gerçəkləşməsinə imkan vermədi. Hətta erməni vandallarının əli ilə öz ata-baba yurdlarından qovulan qaçqın və məcburi köçkünlərin çoxu turizm bazalarında məskunlaşdırıldı.

Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra bu sahəyə də diqqət yönəltdi. Neftdən əldə olunan gəlirlər, ölkənin sosial-iqtisadi yüksəlişi qeyri-neft sektorunun bir qolu kimi bu sahənin getdikcə inkişaf etməsinə təkan verdi. Prezident İlham Əliyev son 12 ildə turizmin inkişafına yönəldilmiş bir sıra mühüm sənədlər imzalamışdır. Hazırda “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı” həyata keçirilməkdədir. Mədəniyyət və Turizm Nazirliyi sözügedən istiqamətdə genişmiqyaslı aparır.

Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, turizm infrastrukturunun ildən-ilə təkmilləşdirilməsi və ən başlıcası - dövlətin böyük dəstəyi bu sahənin inkişafına imkan yaradır. 2011-ci il Azərbaycanda “Turizm ilielan edildibu, yeni layihələrin reallaşması istiqamətində irəliyə doğru mühüm addım oldu.

Azərbaycanda hər il sentyabrın 27-də “Ümumdünya Turizm Günügeniş qeyd olunur. Həmin gün turizm sahəsində mövcud problemlər və onların həlli yollarının müzakirəsi, xidmət səviyyəsinin yüksəldilməsi, infrastrukturun təkmilləşdirilməsi və digər mövzularda konfranslar təşkil edilir. Artıq Azərbaycanda hər il beynəlxalq turizm sərgisi də keçirilir.

Ölkədə Azərbaycan Turizm Assosiasiyası fəaliyyət göstərir. Bu təşkilatın əsas məqsədi dövlət sektoru ilə turizm sənayesi arasında körpü rolunu oynamaq, üzvlərinin hüquqlarını qorumaqturizm sənayesinin təbliğatına dəstək verməkdən ibarətdir. Turizmin inkişafına xidmət edən digər təşkilatlar da var. 2014-cü il ərzində 79 mehmanxanamehmanxana tipli obyektə xüsusi razılıq (lisenziya) verilib. Hazırda bu obyektlərin sayı 300-dən artıqdır. Onların da yarıdan çoxu bölgələrdə fəaliyyət göstərir.

Müxtəlif turizm növləri ölkə turizm bazarının regional və beynəlxalq səviyyədə rəqabət apara bilməsi üçün geniş imkanlar yaradır.

Azərbaycanın geniş təbiət resursları - regionlarının hər birinin özəllikləri ilə fərqlənən mənzərələri, dəniz, meşələr, dağlar, bulaqlar ölkədə ekoturizmin inkişafını şərtləndirir. Bununla yanaşı, digər növlər də inkişaf edir. İdmanda qazanılan nailiyyətlər bu sahənin turizmlə “əl-ələ verərək” yeni bir növünü - idman turizmini yaradıb.

İndi Azərbaycan həqiqətən, turizm növlərinin müxtəlifliyi ilə seçilir. Buna biznes turizmini, istirahət turizmini, sağlamlıq turizminis. misal göstərmək olar. Azərbaycana gələn xarici qonaqlara göstərməyə müxtəlif tarixi abidələrimiz, qonaqların qidalanması üçün zəngin mətbəximiz, onların rahat dincəlmələri üçün müasir turizm obyektlərimiz var.

Ölkədə turizmin müxtəlif növlər üzrə şaxələndirilməsi dövlətin yüksək dəstəyindən qaynaqlanır. Son 12 ildə turizmin inkişafı üçün özəl sektora hərtərəfli kömək göstərilib, o cümlədən kreditlər və subsidiyalar ayrılıb.

Azərbaycana turist axını ildən-ilə artır. Odur ki, paytaxtda digər turist zonalarında çoxlu miqdarda yüksək xidmət səviyyəsinə malik mehmanxanalar tikilib. Hazırda onların sayı yüzlərlədir. Şəhərin ən məşhur brend şəbəkəli mehmanxanalarından “Four Seasons Hotel Baku”, “Hyatt Regency”, “JW Marriott Absheron Baku Hotel”, “Jumeirah Bilgah Beach Hotel”, “Grand Hotel Europe”, “Hilton Baku”, “Kempinski Hotel Badamdar digərlərini göstərmək olar

Regionlarda da mehmanxanalar, istirahət zonaları, əyləncə idman mərkəzləri fəaliyyət göstərir. Ölkə turizminin inkişaf etdiyi indiki dövrdə artıq Gəncədə, Naxçıvanda, Mingəçevirdə, digər şəhər bölgələrdə xarici qonaqları qəbul edə bilən müasir mehmanxana hotellər var onların sayı durmadan artır.

Təkcə keçən il NaftalandaQarabağ SPA and Resort” hotel kompleksi, QəbələdəTufandağ-xizək yay-qış istirahət kompleksinin birinci mərhələsi, “Qafqaz Yengicə Termal Hotel SPA” hotel kompleksi, ŞamaxıdaŞamaxı Palace Platinum By Rixoshoteli istifadəyə verilib.

Bu ilin yanvar-sentyabr aylarında paytaxtda Bakı Olimpiya Stadionu, Su İdman Sarayı, Atçılıq Mərkəzi, Avropa Oyunlarının növbəti böyük yarışların yüksək səviyyədə keçirilməsinə hesablanmış digər nəhəng tikililərdən başqa, “Qafqaz Baku Sport Hotel” mehmanxana kompleksi, “Bulvar Hotel”, “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzi, Qusarda “Park Chalet Shahdağhoteli, ŞabrandaQalaaltı Otel SPA” müalicə istirahət kompleksi digər obyektlər işə salınıb.

Azərbaycanda turizmin rəqabət imkanlarını artırmaq üçün görülən tədbirlər sırasında infrastrukturun təkmilləşdirilməsi mühüm yer tutur. Yol infrastrukturunun yaxşılaşdırılması istənilən bölgənin canlanmasına səbəb olur, iqtisadi inkişafın əldə edilməsi üçün əlverişli imkanlar yaradır. Azərbaycanın bölgələrində, şəhərlərində yeni yolların salınması, mövcud yolların yenidən bərpası müsbət nəticə verir. Yol infrastrukturunun təkmilləşdirilməsi turizmin əhəmiyyətli dərəcədə inkişafı üçün mühüm şərtlərdəndir.

Sosial-iqtisadi yüksəliş Azərbaycana onlarca beynəlxalq tədbirə evsahibliyi etmək imkanını verir. Bu baxımdan 2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi ölkə üçün əsl sınağa çevrildi Azərbaycan bu sınaqdan uğurla çıxdı. Belə ki, beynəlxalq musiqi yarışmasında Azərbaycana gələn on minlərlə turistin hotellərdə yerləşdirilməsi onların ölkəmizlə tanışlığı yüksək səviyyədə həyata keçirildi. Bu tədbir Azərbaycanın turizm imkanlarının geniş məkanda tanınmasına böyük yollar açdı.

Bu il isə I Avropa Oyunları ilə bağlı paytaxtımıza bölgələrə yüz minlərlə turist gəldi. Onların hamısının qarşılanması, yerləşdirilməsi Azərbaycanda keçirdikləri günlərin yaddaqalan olması üçün hər cür imkan yaradıldı. Bir sözlə, möhtəşəm yarış ölkə turizmi üçün növbəti sınaq oldu biz sözün əsl mənasında qələbələr qazandıq.

Düşünmək olardı ki, I Avropa Oyunları daha çox Avropa sakinləri arasında böyük maraq doğuracaq. Ona görə oyunlar zamanı xarici turist axınının böyük hissəsi Avropa ölkələrinin payına düşəcək. Lakin Azərbaycana qonşu ölkələrdən, o cümlədən Türkiyədən, İrandan, MDB-nin müxtəlif yerlərindən Yaxın Şərqdən çoxlu qonaqlar gəldi.

I Avropa Oyunları Azərbaycanın idman turizmi sahəsində böyük nailiyyətlər əldə etdiyini bir daha təsdiqlədi bu sahədə rəqabətqabiliyyətli ölkə olduğunu göstərdi.

Azərbaycanda çoxlu sayda beynəlxalq idman yarışlarının keçirilməsi ənənəsi davam edir. Bu yarışlar həm Azərbaycanın idman turizmindən yüksək gəlir əldə etməsinə şərait yaradır. Regional beynəlxalq səviyyədə idman yarışlarına evsahibliyi etməsi ölkənin bu sahədə mövqeyini gücləndirir. Bakı şəhərində, eləcə regionlarda tikilən Olimpiya idman kompleksləri, stadionlar bu yarışların keçirilməsi yolunda atılan əhəmiyyətli addımlar idi.

Davamlı turizmə nail olmaq üçün bunlarla yanaşı, ölkədə qış turizm bazasının yaradılması mövsümlük anlayışının aradan qaldırılması zərurəti ortaya çıxmışdır. Həmin istiqamətdə atılmış uğurlu addımlardan biri dünyadakı bu tipli komplekslərdən müasirliyi universallığı ilə fərqlənənŞahdağYay-Qış Turizm Kompleksidir. Kompleksin tikintisinin hazırlıq işlərinə 2006-cı ildən başlanılmış 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulmuşdur. Bu nəhəng obyektin tikintisi zamanı ölkə rəhbərinin görülən işlərlə yerində tanış olmaq məqsədilə bölgəyə səfərləri çərçivəsində dəfələrlə inşaat meydançasına gəlməsi dövlət tərəfindən turizmə göstərilən qayğının bariz nümunəsidir.

Kompleks Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. MDB-Soçi qış turizmiistisna olmaqla Azərbaycan qış turizmi yaradan yeganə ölkədir.

Şahdağ”ın ilkin mərhələdə istifadəyə verilmiş hissəsində 2012-2013-cü ilin qış mövsümündən qonaqların qəbuluna başlandı. Yada salaq ki, bir neçə il əvvəl Azərbaycan vətəndaşları qış mövsümündə turizm məqsədilə digər ölkələrə üz tuturdular. Hazırda Azərbaycanda artıq iki qış turizm müəssisəsi fəaliyyət göstərir: QusardakıŞahdağYay-Qış İstirahət Kompleksi Qəbələ rayonundakıTufanDağ-Xizək Mərkəzi.

İndi Azərbaycana xarici turistlər qarlı-buzlu qış mövsümündə maraq göstərirlər. Halbuki bir neçə il əvvəl onlar ölkəmizə yalnız yaz yay aylarında gəlirdilər.

Azərbaycanın regionlarında bir sıra ekstremal macəra idman turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Hazırda dağ idman turizminin inkişaf etdirilməsində Dağçılıq İdman Klubu böyük rol oynayır.

Lakin məlumdur ki, ölkəmizdə turizmin ardıcıl nailiyyətləri ilə yanaşı, həllini gözləyən problemləri var. Azərbaycana daha çox sayda qonaqların gəlməsinə maneə törədən səbəblərdən biri bəzi yerlərdə qiymət tariflərin yüksək olmasıdır. İstər bu, istərsə digər vacib məsələləri dövlət başçısı İlham Əliyev çıxışlarında da dəfələrlə qeyd edib. Onların həlli üçün tapşırıq göstərişlər verib. Qarşıya qoyulmuş həmin vəzifələrin yerinə yetirilməsi üçün görülən tədbirlər Azərbaycan turizmi qarşısında yeni-yeni üfüqlər açacaq.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2015.- 31 oktyabr.- S. 4.