Toğrul Əsgərov Avropanın ən
yaxşı güləşçisi seçilib
ABŞ-ın
paytaxtı Vaşinqtonda keçirilən Milli Olimpiya Komitələri
Assosiasiyasının 20-ci Baş Assambleyasında Azərbaycan
güləşçisi, Olimpiya çempionu Toğrul Əsgərov
mükafatlandırılıb.
Azərbaycan
Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, Toğrul Əsgərov Baş
Assambleyada Avropa qitəsi üzrə ən yaxşı
kişi atleti adına layiq görülüb.
Assambleyada
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və
idman naziri Azad Rəhimov və MOK-un beynəlxalq əlaqələr
idarəsinin rəisi Könül Nurullayeva iştirak ediblər.
Milli Olimpiya Komitələrinin Assosiasiyası öz sıralarında 206 Olimpiya komitəsini birləşdirir. Assosiasiyanın hər il keçirilən Baş Assambleyasında mühüm məsələlərlə yanaşı, mükafatlandırma mərasimləri də təşkil olunur və qitə oyunları üzrə ən yaxşı kişi və qadın idmançılar seçilir.
Xatırladaq ki, Toğrul Əsgərov London
Yay Olimpiya
Oyunlarında və “Bakı-2015” birinci Avropa Oyunlarında sərbəst güləş
üzrə qızıl medal qazanıb.
Azərbaycan.- 2015.- 31 oktyabr.- S.
1.8.