K.E.Ələkbərovun Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra
Hakimiyyətinin başçısı
təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Kamal Elbrus oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 avqust 2015-ci il
Azərbaycan.- 2015.- 1 sentyabr.- S. 1.