Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinın bəyanatı

 

Kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindəki qondarma separatçı rejiminözünüidarə orqanları”na sentyabrın 13-də qanunsuzseçkilərkeçiriləcək.

Bu fikir Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən AZƏRTAC-a daxil olmuş bəyanatda yer alıb.

Bəyanatda deyilir ki, Xarici İşlər Nazirliyi Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin təcavüzün irqi ayrı-seçkiliyin mütləq nəticəsi olduğunu bir daha vurğulayır. Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il 16 iyun tarixliÇıraqov digərləri Ermənistana qarşıişi üzrə çıxardığı qərarında da təsdiq edildiyi kimi, bu rejim Ermənistanın idarəçiliyi nəzarəti altındadır. O, Ermənistanın hərbi, siyasi, maliyyə digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir.

Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığı, zordan istifadə edərək Dağlıq Qarabağ ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi, bir milyondan çox azərbaycanlını öz doğma torpaqlarından didərgin salaraq etnik təmizləmə həyata keçirdiyi digər ağır cinayətlər törətdiyi hamıya yaxşı məlumdur. BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) 884 (1993) saylı qətnamələrində təsbit olunduğu kimi, beynəlxalq ictimaiyyət Azərbaycana qarşı zor tətbiq edilməsi bunun nəticəsində Azərbaycan ərazilərinin işğalını kəskin şəkildə pisləyib, Azərbaycanın suverenliyini ərazi bütövlüyünü pozan istənilən əməlləri rədd edərək, bu əməllərin nəticəsində yaradılmış vəziyyətin qanuniliyinin tanınmaqdan imtina edib.

Qondarmaseçkilər”in keçirilməsi niyyəti bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətin ilhaq niyyətinin möhkəmləndirilməsi üçün davamlı addımlar atan Ermənistan silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı deyil, əksinə, təxribat vəziyyəti gərginləşdirmək yolunu tutub.

Azərbaycan ərazilərinin hərbi işğalının etnik təmizləmə siyasətinin davam etdiyi şəraitdə qondarma rejiminözünüidarə orqanları”na qanunsuzseçkilərkeçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq hüququn norma prinsiplərinin açıq şəkildə pozulmasıdır, buna görə buseçkilər”in heç bir hüquqi qüvvəsi ola bilməz.

Ermənistan Azərbaycanın işğal altında saxladığı ərazilərini ilhaq etməyə müyəssər ola bilməz. Davamlı uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə yolu BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd edilən qətnamələrində tələb olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionundan işğal olunmuş digər ərazilərindən qeyd-şərtsiz tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına mülkiyyətlərinə qayıtmaları hüquqlarının təmin edilməsidir. Bu münaqişə yalnız Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi ərazi bütövlüyü əsasında həll edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasını pozan beynəlxalq hüquqla uyğun olmayan fəaliyyət münaqişənin həlli yolu ola bilməz. Güc tətbiq etməklə ərazinin işğalı beynəlxalq ictimaiyyət tərəfindən heç zaman qanuni tanına bilməz. Azərbaycan heç zaman öz ərazilərinin işğalı ilə barışmayacaq. Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil heç zaman Ermənistanın arzuladığı siyasi nəticəni verə bilməz.

Azərbaycan Respublikası dünya ictimaiyyətinin bütün üzvlərini beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə uyğun olaraq, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımamağa, bu vəziyyətin saxlanılmasına yardım kömək göstərməməyə, bu istiqamətdə təsirli tədbirlər görməyə çağırır.

Ermənistan öz xalqı beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, ilhaqçılıq etnik təmizləmə siyasətinə son qoymalı, münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməli, beynəlxalq öhdəliklərini yerinə yetirməlidir.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğunun davam etməsi işğal altındakı ərazilərdə qanunsuz fəaliyyətlərlə əlaqədar beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi ərazi bütövlüyünü qorumaq üçün Azərbaycan Respublikasının atmaq məcburiyyətində qala biləcəyi addımların istənilən nəticələrinin məsuliyyəti tam şəkildə Ermənistan Respublikasının üzərinə düşəcək.

 

Azərbaycan.- 2015.- 1 sentyabr.- S. 2.