Bəzi dairə seçki
komissiyalarının tərkibində
dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının
Qərarı
Qərar № 14/107
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
1. İsmayıl Həmid oğlu Əhmədov 92 saylı Zərdab - Ucar, Məhəmməd Allahyar oğlu Qadaşlı 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
2. Rafiq Paşa oğlu Əliyev 105 saylı Tovuz, Davud Məhəmməd oğlu Qadaşlı 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.- 2015.- 1 sentyabr.- S. 4.