2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 14/104

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyası səlahiyyətli nümayəndələr maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin etmiş həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü 52-ci maddələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələri maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:

1.1. Səlahiyyətli nümayəndələr:

 

Almuradlı Rövşən Əziz oğlu

Hüseynli Tural Azər oğlu

Məmmədzadə Nail Rüsxət oğlu

Nəzərli Amal İsmayıl oğlu

Voronin Yuriy Pavloviç

Ağaevli Elşən Əli oğlu

Abdullayev Nüsrət Abdulla oğlu

Poladaşvili Roman Zazayeviç

Əliyev Orxan Zakir oğlu

Muradov Ağabala Murad oğlu

Məmmədli Ülvi Məmməd oğlu

Mirzəyev Təbriz Pərviz oğlu

Həsənli Məcid Rövşən oğlu

Hüseynov Anar Nadir oğlu

Məmmədova Rahilə Zaur qızı

İbrahimov İbadulla Yədulla oğlu

Əliyev Ziya Hüseynağa oğlu

Rəcəbova Günel Saleh qızı

Şaxtaxtinski Tural Kamil oğlu

Qasımov Vüsal Namiq oğlu

 

1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:

 

Hüseynov Azər Aydın oğlu

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov