2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin yeri vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı hazırlanması Qaydası haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 14/102

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, məntəqə seçki komissiyaları səsvermənin yeri vaxtı haqqında seçiciləri xəbərdar etməlidirlər.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 5 iyun 2013-cü il tarixli 5/28 saylı Qərarı ilə təsdiq edilmişAzərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”nın 2.1-ci bəndinə uyğun olaraq bildirişin mətni, forması, sayı hazırlanmasına dair tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermə gününə ən azı 40 gün qalmış təsdiq edilməli müəyyən olunmuş formada sayda poliqrafiya müəssisəsində hazırlanmalıdır.

Ona görə seçicinin soyadı, adı, atasını adı ilə yanaşı, özünün səs verəcəyi seçki məntəqəsinin ünvanı haqqında, səsvermənin yeri vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, səsvermə qaydaları s. bu kimi maarifləndirmə xarakterli məlumatları da özündə əks etdirən bildiriş nümunəsinin hər bir seçicinin ünvanına çatdırılması üçün respublika üzrə daimi seçici siyahılarına daxil edilmiş seçicilərin sayı nəzərə alınmaqla, həmin saydan təqribən 3% artıq olmaqla mətbəə üsulu ilə hazırlanması məqsədəmüvafiqdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.6-cı, 25.2.11-ci, 28.2-ci, 28.4-cü 104.1-ci maddələrinə yuxarıda göstərilən qaydaların  2.1-ci bəndinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ilə əlaqədar səsvermənin yeri vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni forması təsdiq edilsin.

2. Səsvermənin yeri vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin sayı 5 250 000 (beş milyon iki yüz əlli min) ədəd müəyyən edilərək mətbəə üsulu ilə hazırlansın.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

31.08.2015