Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 295

 

№ 295                         Bakı şəhəri, 1 sentyabr 2015-ci il

 

Azərbaycan Respublikasının 2016-cı il üzrə dövlət büdcəsinin icmal büdcənin layihələri sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2016-cı il gələn üç il üzrə iqtisadi sosial inkişaf konsepsiyası proqnoz göstəriciləri haqqında

 

Büdcə sistemi haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əlaqədar nazirlik, komitə, idarə təşkilatlarla birlikdə müvafiq dövlət proqramları əsasında hazırladığıAzərbaycan Respublikasının 2016-cı il üzrə dövlət büdcəsinin icmal büdcənin layihələri sonrakı üç il üçün icmal büdcənin göstəriciləri Azərbaycan Respublikası İqtisadiyyat Sənaye Nazirliyinin təqdim etdiyiAzərbaycan Respublikasının 2016-cı il gələn üç il üzrə iqtisadi sosial inkişaf konsepsiyası proqnoz göstəriciləribəyənilsin.

2. Bu sənədlər Büdcə sistemi haqqındaAzərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan müvafiq materiallar Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2015.- 2 sentyabr.- S. 1.