Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 285

 

№ 285                                                Bakı şəhəri, 18 avqust 2015-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 135 nömrəli  qərarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 1160 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2015-ci ilin Azərbaycan RespublikasındaKənd təsərrüfatı ilielan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 1.1-ci, 1.2-ci bəndlərinə Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2015-ci il 15 aprel tarixli 1175 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 135 nömrəli  qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 587)  aşağıdakı dəyişikliklər edilsin:

1.  4-cü hissə ləğv edilsin.

2.  5-ci  hissə aşağıdakı redaksiyada verilsin:

“5. Kənd təsərrüfatı məhsulları istehsalçılarına buğda çəltik səpininə istifadə etdikləri yanacaq motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştin məbləğinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyası Azərbaycan Respublikasının Maliyyə Nazirliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına satılmış mineral gübrələrin qiymətinə dövlət büdcəsinin vəsaiti hesabına tətbiq edilən güzəştin məbləğinin ödənilməsi sənədlərin təqdim edilməsinin yubanması ilə əlaqədar olaraq cari ildə ayrılmış büdcə vəsaiti hesabına mümkün olmadıqda, həmin ödənişlərin növbəti il üçün dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulan vəsait hesabına aparılmasını təmin etsinlər.”.

3. 6-cı hissədən “, “AqrolizinqAçıq Səhmdar Cəmiyyətisözləri çıxarılsın.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2015.- 2 sentyabr.- S. 2.