Azərbaycan nümayəndə heyəti Nyu-Yorkda keçirilən Parlament Sədrlərinin 4-cü Ümumdünya Konfransında iştirak edir

 

Nyu-Yorkda BMT-nın mənzil qərərgahında Parlament Sədrlərinin 4-cü Ümumdünya Konfransı öz işinə başlayıb.

Builki tədbirdə parlament sədrlərinin keçmiş konfranslarının əsas tövsiyələrinin tətbiqi beynəlxalq əməkdaşlıqda parlament meyarının artması, qanunverici orqanların işində gender bərabərliyinin təşviqi, yeni davamlı inkişaf hədəflərinin formalaşdırılmasında tətbiqində parlamentin rolu digər mövzularda fikir mübadiləsi aparılacaq.

Azərbaycanı bu konfransda Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti təmsil edir.

Tədbirin açılışında çıxış edən BMT-nin Baş katibi Pan Gi Mun BMT-nin sülhyaratma fəaliyyəti, müasir dövrün çağırışları vəzifələri barədə danışaraq parlament üzvlərini hər bir insan üçün təhlükəsiz gələcəyin, bərabərhüquqlu cəmiyyətin yaradılması naminə daha böyük əzmlə çalışmağa çağırdı. Davamlı inkişafı təmin edən proqramdan danışan Beynəlxalq Parlamentlər Birliyinin (Inter-Parliamentary Union) prezidenti Saber Çoudhuri isə qeyd etdi ki, 2030-cu ilə qədər yoxsulluğun səviyyəsini olduqca azaltmaq nəzərdə tutulub.

Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov Çexiya parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçek ilə görüşdü. Görüşdə qarşılıqlı əlaqələrin mövcud durumu inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıldı. Y.Hamaçek carı ilin iyun ayında Bakıda keçirilmiş Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini qeyd etdi ikitərəfli əlaqələrin inkişafını yüksək qiymətləndirdi. Azərbaycan-Çexiya əlaqələrindən məmnun olduğunu bildirən O.Əsədov Çexiya Respublikasının Xocalı faciəsinə ilk siyasi qiymət verən Avropa dövlətlərindən biri olduğunu qeyd etdi. Tərəflər iki ölkə arasında iqtisadi, mədəni təhsil sahələrində birgə proqram layihələrin hazırlanmasının vacibliyini vurğuladı.

Qeyd edək ki, Parlament Sədrlərinin 4-cü Ümumdünya Konfransı Beynəlxalq Parlamentlər Birliyi tərəfindən təşkil edilir hər beş ildən bir keçirilir. Builki konfransda 140 ölkəni təmsil edən 138 parlament spikeri 39 spiker müavini iştirak edir. Konfrans sentyabrın 2-dək davam edəcək.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2015.- 2 sentyabr.- S. 3.