Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfəri bu ölkənin mətbuatında geniş işıqlandırılıb

 

Baş nazirin müavini, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Yaponiyaya rəsmi səfəri yerli kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

YaponiyanınNikkey”, “Atari Asahi”, Hokkaydo”, “Mainiçikimi tanınmış qəzetləri Azərbaycan nümayəndə heyətinin səfəri barədə məqalələr dərc edib, bir sıra televiziya kanalları isə bu mövzuda xəbərlər yayıb.

Həmin məlumatlarda bildirilir ki, son illər sürətli inkişafı ilə bütün dünyada tanınan Azərbaycanın Baş nazirinin müavini Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 25-dən Yaponiyada rəsmi səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti Xarici İşlər Nazirliyində, hakim Liberal Demokratik Partiyasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində mühüm görüşlər keçirib. Həmin görüşlərdə iki dost ölkə arasında qarşılıqlı əməkdaşlıq məsələlərinin hazırkı vəziyyəti inkişaf perspektivləri müzakirə olunub.

Məqalələrdə səfər çərçivəsində Baş nazirin müavini Əli Həsənovun Sapporo şəhərinə gələrək artıq 10 ildir ki, azərbaycanlı qaçqın məcburi köçkünlərə optometrik xidmət göstərən “Fuji Optical Co.LTD” şirkətinin rəhbərliyi ilə görüşünə xüsusi yer verilib. Qeyd edilib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü təşkilatçılığı, həmçinin Azərbaycan hökumətinin dəstəyi ilə şirkət 2005-ci ildən etibarən hər il məcburi köçkünlərə, aztəminatlı əhaliyə optometrik xidmət göstərir. Ötən müddətdə şirkət tərəfindən 43 mindən çox yüksək keyfiyyətli optik eynək digər vasitələr təmənnasız olaraq Azərbaycana aparılıb bu təbəqədən olan insanlara paylanılıb. Əli Həsənov Azərbaycandakı qaçqın, məcburi köçkün aztəminatlı əhaliyə göstərilən təmənnasız xidmətə görə Akoi Kanaiyə təşəkkürünü bildirib.

Yazılarda yapon jurnalistlər üçün təşkil olunan mətbuat konfransında Əli Həsənovun Azərbaycan, onun coğrafi mövqeyi, yaxın tarixi, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etməsi, qonşu Ermənistanın əsassız ərazi iddiaları nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi, ölkə rəhbərliyinin enerji siyasəti barədə verdiyi ətraflı məlumatlara da yer ayrılıb. Yapon jurnalistlərin suallarını cavablandıran Baş nazirin müavini vurğuayıb ki, havadarlarının dəstəyinə arxalanan Ermənistanın işğalçı siyasətinə, ölkəmizin cəlb edildiyi əsassız münaqişəyə bunun nəticəsində yaranmış problemlərə baxmayaraq, Prezident İlham Əliyevin dərindən düşünülmüş siyasəti nəticəsində ölkəmiz dünyanın ən sürətlə inkişaf edən dövlətləri sırasında xüsusi yer tutur. Ölkə rəhbərliyinin təbii sərvətlərdən bacarıqla istifadə etməsi nəticəsində Azərbaycan görünməmiş inkişafa nail olaraq, regionun lider dövlətinə çevrilib.

Azərbaycanın qarşıya böyük hədəflər qoyaraq onlara doğru qətiyyətlə irəlilədiyinin qeyd olunduğu yazılarda Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilənAzərbaycan 2020: gələcəyə baxışİnkişaf Konsepsiyası barədə məlumat verilib. Bildirilib ki, qarşıdakı illərdə Azərbaycanda işsizlik minimum həddə enəcək, ölkəmiz inkişaf etmiş dövlətlər sırasına daxil olacaq, milli iqtisadiyyatın neftdən asılılığı aradan qaldırılacaq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən Baş nazirin müavini deyib ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib bunun nəticəsində 1 milyondan artıq qaçqın məcburi köçkün ordusu yaranıb. BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi torpaqları qeyd-şərtsiz azad etməsi barədə dörd qətnaməsinə baxmayaraq, bu ölkə hələ işğala son qoymaq istəmir.

Azərbaycan ilə Yaponiya arasında siyasi iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran Əli Həsənov vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın məcburi köçkünə çevrilmiş insanlara yardım edən ölkələrdən biri məhz Yaponiya olub.

“Fuji Optical Co.LTD” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirən Baş nazirin müavini bu xeyirxah missiyanın bundan sonra da uğurla davam etdirilməsi üçün Azərbaycan hökuməti tərəfindən hərtərəfli şərait yaradılacağını qeyd edib.

Məqalələrin tam mətni ilə aşağıdakı linklərdə tanış olmaq olar:

 

http://www.nikkei.com/article/DGXLZO91190990R30C15A8L41000/

 

http://mainichi.jp/graph/2015/08/30/20150830ddlk01040184000c/001.html

 

http://apital.asahi.com/article/news/2015083000003.html

 

http://dd.hokkaido-np.co.jp/news/life-topic/life-topic/1-0173812.html

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

 

Azərbaycan.- 2015.- 2 sentyabr.- S. 3.