Milli Məclisin deputatı Rusiya-Azərbaycan Dostluq Mərkəzinin nümayəndələri ilə görüşüb

 

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Moskvada Rusiya-Azərbaycan Dostluq Mərkəzində (RAD Mərkəzi) olub.

Deputat RAD Mərkəzinin direktoru Nataliya Krasovskaya onun müavini Denis Yakimenko ilə söhbətində Rusiya-Azərbaycan münasibətlərinin aktual məsələlərini müzakirə edib. O deyib: “Əlbəttə, əsas məsələ - Böyük Vətən müharibəsində bizim ümumi Qələbəmizdir. Biz bu Qələbə üçün əlimizdən gələni etdik, faşizm təhlükəsinə qarşı birlikdə dözüb dayandıq, birlikdə Berlinə qədər gedib çatdıq. Döyüş qardaşlığı belə hadisələr zamanı formalaşır. Mən çoxdan siyasət aləmindəyəm deyə bilərəm ki, ölkələrimiz arasında yüksək səviyyədə həmişə dərin hörmət qarşılıqlı anlaşma olub. Amma ölkələrimizin sadə vətəndaşları səviyyəsində əlaqələrin çoxu itirilib. Sovet İttifaqı dağılandan sonra xalqlarımız arasında dostluq körpüləri zəifləyib. İndi rusiyalıların əksəriyyəti sadəcə olaraq, bizim xalqımızı tanımır, Azərbaycan barədə heç bilmir, bizim qonaqpərvərliyimiz Rusiyaya dost münasibətimiz haqda məlumatları yoxdur. Bu boşluğu doldurmaq lazımdır”. Əli Hüseynlinin fikrincə, bu prosesdə qeyri-hökumət təşkilatları, RAD mərkəzi kimi ictimai təşkilatlar aparıcı rol oynamalıdır. Bu Mərkəz qısa müddətdə Azərbaycanın Rusiyada populyarlaşması işində nəzərəçarpacaq uğurlar qazanıb.

Milli Məclisin deputatı deyib: “Mətbuatda neqativ mövqeli yazıların sayı xeyli azalıb. Sizin səyləriniz öz səmərəsini verir, Rusiyadan Azərbaycana turist axını artır. Xalqlarımız arasında etimad artır, səmimi münasibətlər inkişaf edir möhkəmlənir. Bu sahədə işi davam etdirmək lazımdır. Mən Azərbaycan tərəfindən bu işin hərtərəfli dəstəklənəcəyini vəd edirəm. Əminəm ki, Azərbaycanda da analoji qurum yaratmaq zəruridir. Fikrimcə, onda bütün proseslər sürətlənəcək”.

Deputat qeyd edib ki, mədəniyyətlərarası dialoq iki ölkənin qarşılıqlı münasibətlərinin ən mühüm tərkib hissəsidir. Bu, müsbət obraz, xeyirxah münasibət, qarşılıqlı anlaşma yaratmaq üsuludur. QaydayınQafqaz əsirifilmini xatırlayırsınız. Məgər bu gözəl filmdə Qafqazın bütün xalqlarının nümayəndələrinin ruslarla qafqazlılar arasında pozitiv qarşılıqlı münasibətlərin formalaşmasına müsbət təsirini danmaq olarmı? Yeri gəlmişkən, həmin filmdə çox parlaq yadda qalan sağlıq deyən azərbaycanlı obrazı bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin tövsiyəsi ilə yaradılıb”.

Əli Hüseynli iki ölkənin parlament üzvlərinin Heydər Əliyev Zirvəsinə qalxmasını həmin zirvəyə Qələbə Bayrağının, ölkələrimizin dövlət bayraqlarının sancılmasını da qeyd edib. O vurğulayıb: “Demək istəyirəm ki, bu cür geniş miqyaslı hadisələrin iştirakçısı olmağını fikirləşəndə tamamilə qeyri-adi duyğularbirlik qardaşlıq duyğuları oyanır. RAD mərkəzi Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun nəzdində yaranıb. Həmin tədbirdə bu qrupun rəhbəri Dmitri Savelyev iştirak edirdi. Onunla şəxsi səmimi münasibətlərimizin əsası məhz orada yaranıb. Bu, ölkələrimiz üçün mühüm hadisələrin Rusiya Azərbaycan vətəndaşları arasında etimada əsaslanan münasibətlər yaranmasına təsirinin əyani nümunəsidir. Gənclər arasında bu cür aparılmasının vacibliyini qeyd etmək istəyirəm. Axı sabah ölkələrimiz arasında münasibətlərin necə olacağını məhz bugünkü gənclər müəyyən edəcəklər. Ona görə RAD mərkəzinin gənclərin forumlarında işi çox vacibdir, bu işi lazımınca qiymətləndirməmək sadəcə mümkün deyil”.

Deputat əmin olduğunu bildirib ki, iki ölkə arasında münasibətlər inkişaf edəcək möhkəmlənəcək. Ə.Hüseynli sözünün sonunda deyib: “Sizin bizim vəzifəmiz bütün sahələrdə etimad ab-havası, qarşılıqlı anlaşmaya dostluğa əsaslanan münasibətlər yaranması üçün səylərimizi birləşdirməkdir”.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2015.- 2 sentyabr.- S. 4.