Z.F.Fərəcovun Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Zakir Fərəc oğlu Fərəcov Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 sentyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 3 sentyabr.- S. 1.