Əmlak vergisi: yeniliklər problemlərin həlli yollarımövzusunda seminar təşkil edilib

 

Sentyabrın 2-də BakıdaƏmlak vergisi: yeniliklər problemlərin həlli yollarımövzusunda seminar təşkil edilib.

AZƏRTAC xəbər verir ki, seminar Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Nəsimi rayon bələdiyyəsi, “Bələdiyyə həyatıqəzeti Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) tərəfindən keçirilib.

Tədbirin məqsədi əmlak vergisinin yığımı ilə bağlı Vergi Məcəlləsinə edilən dəyişikliklər ətrafında fikir təcrübə mübadiləsi aparmaq, bu istiqamətdə tətbiq edilən yeniliklər barədə məlumat vermək mövcud problemlərin həlli yollarını müzakirə etmək olub.

Seminarda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi SəlimzadəAzərbaycanda əksmərkəzləşdirmə siyasətinin yerli özünüidarəetmənin təkmilləşdirilməsinin başlıca istiqamətlərimövzusunda çıxış edərək bildirib ki, yerli özünüidarəetmənin inkişafını təmin etmək üçün strateji məqsədlər müəyyənləşdirilməlidir. Yerli özünüidarəetmənin gələcək inkişafının başlıca məqsədləri insan potensialının artırılmasına hər bir bələdiyyə qurumunda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilməlidir. Bu gün bələdiyyələrin qarşılaşdığı problemlərin həllinə diqqətlə yanaşılmalı onların sürətlə həllinə çalışmaq lazımdır. Belə problemlərdən biri bələdiyyələrin əmlak vergisi ilə bağlıdır.

Qeyd olunub ki, bu istiqamətdə müntəzəm addımlar atılır, yeniliklər tətbiq edilir mühüm təcrübə qazanılır. Nəsimi bələdiyyəsinin qazandığı təcrübəni, tətbiq etdiyi yenilikləri əmlak vergisinin yığımında mövcud olan problemlərin həllində çıxış yollarından biri kimi qəbul etmək olar. Mehdi Səlimzadə bildirib ki, yerli vergilərin yığımında yeni qanunvericilik bazası yaradılmalı, bələdiyyələrin fəaliyyətinə hər hansı müdaxilələrə yol verilməməli bələdiyyələr öz büdcələrindən səmərəli şəkildə istifadə etməlidirlər. Bununla əlaqədar yerli özünüidarəetmənin inkişafı üçün məsuliyyət daşıyan mərkəzi orqanın yaradılması məqsədəuyğun olardı.

Tədbirdə Nəsimi rayon bələdiyyəsinin sədri Nazim QaraxanovƏmlak vergisi: yeniliklər problemlərin həlli yollarımövzusunda çıxış edərək əmlak vergisinin yığımında bələdiyyənin qarşılaşdığı problemlərə toxunaraq, bu məqsədlə bələdiyyə tərəfindən yeni layihələrin həyata keçirildiyini qeyd edib. O bildirib ki, Nəsimi bələdiyyəsinin internet resursu təkmilləşdirilib əmlak vergisinin ödənişini həyata keçirmək üçün onlayn ödəmə həyata keçirilib. Bu gün artıq bələdiyyəmiz nağdsız ödəmədə ilk olaraq onlayn ödəməyə keçidi reallaşdırıb. Bundan əlavə “E-manatsistemində ilk olaraq Nəsimi bələdiyyəsinin ödənişini həyata keçirmək mümkün olacaq. Bunlar bələdiyyənin daxili imkanları hesabına mümkün olub.

Seminarda Prezident Administrasiyasının regional idarəetmə yerli özünüidarəetmə orqanları ilə şöbəsinin sektor müdiri Kamran Bayramov çıxış edərək bildirib ki, bu ilin altı ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda daşınmaz əmlak vergisi üzrə daxil olan vəsaitin həcmi 6,5 faiz artıb. Ölkənin 36 şəhər rayonunda əmlak vergisi üzrə ciddi artım müşahidə edilib. Məsələn, Səbail rayonunda daşınmaz əmlak vergisi üzrə daxil olmaların həcmi 87,9, Gəncə şəhəri üzrə 88,9, Cəlilabadda 89,3 faiz, Şəmkirdə 1,5, Şirvanda 2,5, Gədəbəydə isə 15,5 dəfə artım müşahidə edilib. İlin sonunadək daşınmaz əmlak vergisi üzrə daha çox artım gözlənilir.

Kamran Bayramov qeyd edib ki, bələdiyyələr daxilində vergitutma obyektlərinin vergi ödəyicilərinin uçotu ilə bağlı proqram hazırlanıb bütün bələdiyyələrə paylanıb. Proqramda vergitutma obyektləri vergi ödəyicilərinin uçotu ilə yanaşı, yerli vergi ödənişlərin hesablanması, onunla bağlı müvafiq şəhadətnamələrin, tədiyyə bildirişlərinin avtomatik olaraq çatdırılması, eləcə vergi ödənişlər üzrə əldə olunan vəsaitin xərclənməsi üzrə hesabatların hazırlanması da nəzərdə tutulub. Sektor müdiri əlavə edib ki, bələdiyyələrin 95 faizi kompyuterlə təmin edilib. Kompyuteri olmayan bələdiyyələr qısa zamanda təmin ediləcək. Bununla da yaxın zamanlarda bu proqramın tətbiqi üçün imkan yaranacaq.

Vurğulanıb ki, bələdiyyələr vergilərin yığılması istiqamətində bütün resurslarını səfərbər etməlidir. Əhali ilə səmərəli qurulmalı, bu sahədə uğur qazanmış bələdiyyələrin təcrübəsindən yararlanılmalıdır. Vətəndaşlara yerli vergiləri ödəmək mədəniyyəti aşılanmalıdır. Bələdiyyələr Vergilər Nazirliyinə hər bir vətəndaşın vergi uçotuna alınması haqqında şəhadətnamə verməlidir. Bu, vətəndaşın vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir psixoloji baxımdan da böyük əhəmiyyət kəsb edir.

Ötən illə müqayisədə bələdiyyələrdə bütün vergi ödənişləri üzrə ümumi artımın müşahidə olunduğunu vurğulayan Kamran Bayramov bu sahədə inkişafı əks etdirən bir sıra göstəriciləri diqqətə çatdırıb. Yarım il ərzində mehmanxana, sanatoriya, kurort üzrə ödənişlərdə 16,3 faiz artım olduğunu qeyd edən sektor müdiri bələdiyyə torpaqlarının satışından əldə olunan ödənişlərin kəskin azalmasını müsbət amil kimi qiymətləndirib. Bildirib ki, bu sahədə demək olar ki, 50 faizdən çox azalma olub. Bu, müsbət haldır. Çünki bələdiyyələr əsas diqqəti torpaq satışına deyil, digər vergi ödənişlərinə yönəldiblər.

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxışında daşınmaz əmlakdan tutulan vergilərin yığılmasında müəyyən çətinliklərin olduğunu qeyd edib. Bildirib ki, ev təsərrüfatları mənzillərin bir qismi qeydiyyatdan keçməyib. Amma bu, vergilərin yığılmasına problem yaratmamalıdır. Məhz buna görə bir çox hallarda vətəndaşlar vergi ödəmirlər. Vergilərin yığılmasını təmin etmək üçün bələdiyyələrin üzərinə çox böyük vəzifə düşür. Verginin yığılmasında digər çətin məqam insanları bələdiyyə vergilərini ödəməyə təşviq etməkdir. Seçicilərə göstərmək lazımdır ki, yığılan vəsait hara gedir. Ona görə geniş maarifləndirmə işi aparılmalı, görülən işlər barədə əhaliyə məlumat verilməlidir.

Azərbaycanın inkişafında bələdiyyələrin rolunu xüsusi vurğulayan Arif Rəhimzadə mətbuatda bələdiyyələrin fəaliyyətinə geniş yer ayrılmasının vacibliyini diqqətə çatdırıb. O, bələdiyyələrlə bağlı insanların ictimai fəallığının artırılmasının zəruriliyini qeyd edib.

Bələdiyyə həyatıqəzetinin baş redaktoru Vüqar Tofiqli çıxış edərək bələdiyyələrin qarşılaşdığı problemlərdən, əmlak vergisinin yığımıyla bağlı yeniliklərdən danışıb. Əhalinin onlayn ödənişə marağının artırılmasının bu sistemin geniş təbliğ olunmasının vacibliyini qeyd edən baş redaktor bu sahədə Nəsimi bələdiyyəsinin fəaliyyətini xüsusi vurğulayıb.

Digər çıxış edənlər yeni sistemin tətbiq edilməsinin əhəmiyyətindən, bələdiyyələrin qarşılaşdığı problemlərin aradan qaldırılması yollarından danışıblar.

Seminarın sonunda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə çapdan çıxanBələdiyyələrin statusu: hüquq vəzifələrikitabı iştirakçılara təqdim edilib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 3 sentyabr.- S. 2.