Heydər Əliyev Fondunun vitse- prezidenti, BMT- nin Ərzaq Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyeva Romada qurumun baş direktoru Joze Qratsiano da Silva ilə görüşüb

 

Sentyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın iştirakı ilə qurumun Romadakı baş ofisində bir sıra görüşlər keçirilib.

Əvvəlcə FAO-nun xoşməramlı səfiri Leyla Əliyevanın iştirakı ilə təşkilatın fəaliyyətini əks etdirən təqdimatlar, müzakirələr oldu. Qurumun Korporativ Kommunikasiya ofisinin direktoru Enrike Yevis Leyla Əliyevanın tədbirdə iştirakından məmnunluğunu bildirdi.

Sonra FAO onun missiyası barədə ətraflı məlumat verildi, təşkilatın özəl sektorla tərəfdaşlıqları, Azərbaycanda bölgədə Resurs Mobilizasiyası proqramı, qurumun təbii resurslar iqlim dəyişikliklərinə dair fəaliyyətinin davamlı idarəetməsi ilə bağlı görülən işlərdən danışıldı.

Təşkilatın xoşməramlı səfiri Leyla Əliyevaya burada çalışanlar üçün yaradılmış şərait barədə məlumat verildi binadakı plenar iclas zalı ilə tanışlıq oldu.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva FAO-nun baş direktoru Joze Qratsiano da Silva ilə görüşdü. Görüşdən məmnunluğunu bildirən təşkilatın baş direktoru Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirdi, Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin ekologiya sahəsində həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğuladı. Azərbaycanın son illərdə bütün sahələrdə qazandığı uğurlardan məmnunluqla danışan Joze Qratsiano da Silva ölkəmizə səfərindən, Prezident İlham Əliyev Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə keçirdiyi görüşlərdən danışaraq, dövlətimizin başçısının 2014-cü ildə İtaliyaya rəsmi səfəri zamanı təşkilatın baş ofisində olmasını məmnunluqla xatırlatdı. Qeyd etdi ki, Azərbaycanda yoxsulluğun azaldılması sahəsində görülən işlər dünya ölkələri üçün bir nümunədir. O, bu baxımdan Azərbaycanda yoxsulluğun səviyyəsinin 5 faizə enməsini xüsusi vurğuladı bu sahədə görülən işlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Səmimi qəbula görə minnətdarlığını bildirən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan ilə FAO arasında əməkdaşlığın uğurla inkişaf etməsindən danışaraq ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində qazanılan nailiyyətlər, həyata keçirilən layihələr barədə məlumat verdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva son illərdə Azərbaycanda kənd təsərrüfatının sürətlə inkişaf etdiyini, bu sahədə həyata keçirilən islahatları ölkəmizdə fermerlərə yüksək səviyyədə dövlət dəstəyinin göstərildiyini diqqətə çatdırdı. Leyla Əliyeva Heydər Əliyev Fondunun humanitar sahədəki fəaliyyəti, dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi mühüm layihələr IDEA İctimai Birliyi barədə məlumat verdi, gələcəkdə FAO ilə birlikdə bir sıra layihələrin reallaşdırılacağını bildirdi. Heydər Əliyev Fondunun vitse-prezidenti gənclərin FAO çərçivəsində icra olunan layihələrin dəstəklənməsi istiqamətində fəaliyyətinin vacibliyini vurğuladı.

Qeyd edək ki, Azərbaycan 1995-ci ildən FAO-nun üzvüdür. Ölkəmizdə qurumun layihə əlaqələndirmə ofisi 2007-ci ildən fəaliyyət göstərir. Bir müddət əvvəl isə Azərbaycanda təşkilatın ilk əlaqələndirmə tərəfdaşlıq ofisi açılıb.

Görüşdə baş direktor ofisin açılmasındakı səylərinə görə Prezident İlham Əliyevə xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Vurğulandı ki, ofis ölkəmizlə təşkilat arasındakı münasibətlərin inkişafına töhfəsini verməkdədir.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın FAO-nun xoşməramlı səfiri kimi ilk dəfə fəaliyyətə başlaması ilə əlaqədar təntənəli mərasim oldu qarşılıqlı hədiyyələr təqdim edildi.

Xatırladaq ki, Leyla Əliyeva humanitar ekologiya sahəsindəki fəaliyyətinə görə FAO-nun xoşməramlı səfiri adına layiq görülüb. Bu qurum dünyada aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərini yaratmaq kimi vəzifələri qarşısına məqsəd qoyub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti isə bu məqsədlərə nail olmağa töhfə verir.

Daha sonra Leyla Əliyeva FAO-nun media mərkəzinə müsahibə verdi.

Leyla Əliyeva təşkilatın binasındakı zəngin kitabxanaya da baxdı. Məlumat verildi ki, burada FAO-nun media mərkəzi yerləşir. Ərzaq təhlükəsizliyi məsələsinin ölkələrin milli təhlükəsizliyinin əsas elementlərindən olması ilə bağlı FAO-nun fəaliyyətinin praktiki təsiri dünyanın bir çox yerlərində nəzərə çarpır. Dünyanın 130-dan çox ölkəsində nümayəndəliyi olan təşkilatın qarşısına qoyduğu qlobal vəzifələr məqsədlər ərzaq təhlükəsizliyinin təmin edilməsi, aclıqla mübarizə, təbii resursların, o cümlədən torpaq, su, hava, iqlim genetik resursların davamlı idarəolunması yoxsulluğun azaldılmasıdır.

 

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

 

Azərbaycan.- 2015.- 3 sentyabr.- S. 3.