Azərbaycan ilə Nyu-Meksiko ştatı arasında aqrar sektorda əməkdaşlıq məsələləri müzakirə edilib

 

Sentyabrın 2-də Bakıda kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyəti ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi Azərbaycan ilə Nyu-Meksiko ştatı arasında aqrar sektorda əməkdaşlığın inkişafı, eləcə ticarət əlaqələrinin təşviqi üçün mövcud imkanların müzakirəsi olub.

Azərbaycan ilə Nyu-Meksiko ştatı arasında sıx əlaqələrin mövcudluğunu diqqətə çatdıran nazir müavini Xocalı soyqırımının tanınmasında, habelə ölkəmizdə tolerantlıq mühitini təqdir edən qətnamələrin qəbul edilməsində senator xanım Meri Key Papenin böyük rolu olduğunu söyləyib ona təşəkkürünü bildirib.

İlham Quliyev Azərbaycanın tarixən aqrar ölkə olduğunu, müstəqilliyini bərpa etdikdən sonra iqtisadiyyatımızın yüksək templə inkişaf etdiyini, dövlətimizin başçısının kənd təsərrüfatı sahəsinə böyük önəm verdiyini vurğulayıb.

Azərbaycanla ABŞ arasında kənd təsərrüfatı sektorunda əlaqələri yüksək qiymətləndirən nazir müavini regionlarda ən müasir tələblərə cavab verən baytarlıq laboratoriyalarının yenidən qurulmasına dəstək verdiyinə görə ABŞ hökumətinə minnətdarlığını bildirib. Qeyd olunub ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb ölkələrimizin adamları arasında görüşlərin keçirilməsi təqdirəlayiqdir.

Görüşdə ekoloji təmiz meyvə bostan məhsulları istehsalı, şərabçılıq üzümçülük sahələrində əməkdaşlıq təcrübə mübadiləsi, müasir suvarma texnologiyalarının tətbiqi ilə bağlı layihələrin həyata keçirilməsinə dair Azərbaycan tərəfinin təklifləri nümayəndə heyətinin diqqətinə çatdırılıb. Həmçinin əməkdaşlığın perspektivləri müzakirə olunub, adamları ilə fikir mübadiləsi aparılıb.

Senator Meri Key Papen Azərbaycan ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verdiyini bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

 

Azərbaycan.- 2015.- 3 sentyabr.- S. 3.