2015-ci
il noyabrın
1-nə təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə Azərbaycan
Ümid Partiyasının
səlahiyyətli nümayəndələrinin
və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndələrinin
qeydə alınması
haqqında Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının
Qərarı
Qərar № 15/109
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Ümid Partiyası səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Səlahiyyətli nümayəndə kimi qeydə alınması üçün təqdim edilmiş şəxslərdən ikisi müvafiq seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olduğundan onlar eyni zamanda həmin seçki komissiyasının üzvü kimi fəaliyyət göstərə bilməzlər.
Seçki Məcəlləsinin 22.1-ci, 22.3-cü və 22.3.2-ci maddələrinə görə, seçki komissiyasının həlledici səs hüquqlu üzvü siyasi partiyanın səlahiyyətli nümayəndəsi təyin edildikdə, o, müvafiq seçki komissiyasının qərarı ilə seçki komissiyasının üzvü vəzifəsindən vaxtından əvvəl azad edilir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3-cü, 22.3.2-ci, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
1.1.Səlahiyyətli nümayəndələr:
Ağa-zadə İqbal Fehruz oğlu
Ağazadə Ənvər Sərdar oğlu
Tağızadə Rəfail Alı oğlu
Əliyev Taleh Məhəmməd oğlu
Həsənov Qasım Rəhim oğlu
Hətəmov Səməd Əbdüləli oğlu
Abbasov Elman Abdulla oğlu
Hacılı Ramin Rasim oğlu
İsayev Anar Rafiq oğlu
Əliyev Faiq Həsən oğlu
Məmmədova Tamilla Famil qızı
İbadova Günel Mahmud qızı
Maxsudov Mübariz Mustafa oğlu
Abbaslı Həcər Şamil qızı
Vəliyev Laçın Rafiq oğlu
Qocayev İldırım Məhyəddin oğlu
Əzimov Aslan İsmayıl oğlu
Kəlbiyev Vaqif Nəcəf oğlu
Əliyev Əslan Seyran oğlu
İsmayıllı Cavad Məmməd oğlu
Əliyev Cavanşir Yusif oğlu
Rzayeva İlhamiyə Faiq qızı
İmanlı Salman Məhəmməd oğlu
Əliyev Bəybala Əşrəf oğlu
Aslanov Yaqub Cəbrayıl oğlu
Səfərov Natiq Musa oğlu
Tarverdiyev Ramazan Novruz oğlu
İbrahimov İlkin Akif oğlu
Həsənzadə Səyavuş Sabir oğlu
Səfərəlizadə Xatirə Rəfail qızı
Məmmədov Saleh Sarı oğlu
Babazadə Südabə Qəşəm qızı
Abbasov Xanlar Nüsrət oğlu
Muradlı Rüfət Habil oğlu
Kazımov Ülvi Zakir oğlu
1.2.Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:
Rəhimova Yeganə Xandəmir qızı
Əliyeva Elnurə Zakir qızı
2.9 saylı Binəqədi ikinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Abbasov Xanlar Nüsrət oğlu və 84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü İsayev Anar Rafiq oğlu Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələri təyin edildiyindən, həmin seçki komissiyasının üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
02.09.2015
Azərbaycan.- 2015.- 3 sentyabr.- S. 5.