2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Böyük Quruluş Partiyasının səlahiyyətli nümayəndələrinin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 15/111

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Böyük Quruluş Partiyası səlahiyyətli nümayəndələr maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin etmiş həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci,   28.4-cü 52-ci maddələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Böyük Quruluş Partiyasının səlahiyyətli nümayəndələri maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

 

1.1. Səlahiyyətli nümayəndələr:

 

Ağamalıyev Ruslan Ənvər oğlu

Quliyev Telman Nüsürət oğlu

Həsənova Leyla İbrahim qızı

Babayev İlqar Faiq oğlu

Əhmədov Natiq Lütvəli oğlu

Mustafayev İlqar Qəzənfər oğlu

İsmayıllı Ləman Ramiz qızı

Tanrıverdiyev Marif Şəmistan oğlu

Əliyev Qardaşəli Balaxan oğlu

Orucov Elman Nəsib oğlu

 

1.2.Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

 

Cəbrayılov Xəqani Soltan oğlu

Göyüşov Namiq Ziyadxan oğlu

 

2.Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

02.09.2015

 

Azərbaycan.- 2015.- 3 sentyabr.- S. 5.