Getdikcə Tovuzun da qonaq-qarası çoxalır

 

Ötən ilin müvafiq dövründəkinə nisbətən cari ilin 7 ayı ərzində Tovuz rayonuna 10 min nəfərdən çox turist gəlmişdir. Bu günlər Mədəniyyət turizm şöbəsində keçirilən toplantıda əhaliyə xidmətin bu mühüm sahəsindəki vəziyyət ətraflı təhlil olundu.

Şöbənin müdiri Aydın Qasımov turizmin inkişafına ölkədə göstərilən qayğı diqqətdən, ŞabrandaQalaaltıbeynəlxalq müalicə istirahət kompleksinin fəaliyyətə başlanması ilə əlaqədar keçirilən tədbirdə Prezident İlham Əliyevin çıxışındakı tövsiyə tapşırıqlardan danışdı. Sonra abidə mühafizəçilərinin məlumatları dinlənildi. Xidmətin müasir tələblər səviyyəsinə qaldırılması üçün görülən görüləcək işlər barədə ətraflı söhbət açıldı. Qeyd olundu ki, son illər ölkəmizdə turizmin inkişaf etdirilməsi, müasir infrastrukturun yaradılması, turizmin müxtəlif növlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətlərində çoxsaylı tədbirlər həyata keçirilir. Bu sahədə Tovuz rayonunda da sistemli surətdə geniş işlər görülür.

Bu yerlər elə əzəldən gözəl olub. Ana təbiət Tovuza hər neməti bəxş edib - göz işlədikcə uzanan yamyaşıl çöllər, başıqarlı dağlar, güngörməz dərələr, məxməri vadilər, sıx meşələr, şırhaşır çağlayan şəlalələr... Əsrik dərəsi, Göyəbaxan, Çeşməli, Ağqaya yaylaqları, Şamlıq, Qoşabulaq meşələri, Kürün səfalı sahilləri, Bahar, Cökəli, Şahzadə, Loğman, Turşsu, Şırşır, Qələmçə bulaqları hərəsi bir aləmdir. Baxdıqca doymaq olmur. İlin hər fəslində, günün hər çağında gözəldir, cazibəlidir bu yerlər. Məhz həmin istiqamətlərdə turist marşrutları müəyyən edilib: Xınna dərəsi, Qovlar-Ağbaşlar Əsrik vadisi, Tovuz-Böyük Qışlaq-Qaralar səmti, Vahidli Tovuz-Ağdam-Təpəbaşı bölgəsi, Qəribli Abdal kəndlərində qədim alban məbədləri, Yanıxlı kəndində inşa olunmuş çimərlik hotel kompleksi... Əmirli-Kür qırağında yerləşən yaşayış məntəqələri... Bu marşrutlar boyunca Azaflı kəndindəkiQərib-Seyidziyarətgahında, Əsrik Cırdaxandakı Cökəli bulağında, Kirəndəki Nəcəftalasında, Cataq kəndindəkiTurşsuistirahət mərkəzində, çeşidli ağaclarla zəngin yaşıl meşə örtüyü ilə bəzənmiş digər ərazilərdə turizm üçün hər şərait yaradılıb. Ümumiyyətlə, Tovuz rayonunda ümumən 62 daşınmaz tarixi mədəniyyət abidəsi mövcuddur.

Qonaqları öncə Heydər Əliyev seyrəngahının başındakı abidələr toplusu salamlayır. Olimpiya İdman Kompleksi bu yerlərə xüsusi yaraşıq verir. Onun yanında karvansaray tipliQala”, “Şəlalə”, “Bayraq meydanı”, “Üç qalamərkəzi tikilib, 10 hektar sahədə mədəniyyət istirahət parkı salınıb, idman əyləncə obyektləri düzəldilib. Şəhərin səfalı guşəsində Aşıq Sənəti Mərkəzi, Diyarşünaslıq Muzeyi, Şəkil qalereyası fəaliyyət göstərir. Buradakı maraqlı məzmunlu eksponatlar bu yerlərin tarixindən, taleyindən ətraflı xəbər verir.

Yeni istifadəyə verilmiş beşulduzluAyan-Palace” hotelinin ətraf bölgədə tayı-bərabəri yoxdur. Beş mərtəbədən ibarət bu müasir hoteldə konfrans zalı, restoran, bar, mağaza, mətbəx digər xidmət sahələri qonaqların ixtiyarına verilib. Bütün otaqlar rəqəmli seyf, mini bar, havalandırma sistemi, peyk televiziya antenası, beynəlxalq telefon xətti, kabelsiz internetlə təchiz edilib. Hər şəraiti olan idman-sağlamlıq mərkəzi xüsusilə diqqəti cəlb edir. Burada üzgüçülük hovuzu, sauna, türk hamamı, trenajor masaj otaqları var.

Rayon mərkəzindəDastan”, “Qartal”, “Fidan”, “Aysu”, “Turan”, “Uğurlu”, “Petrotalrestoran-şadlıq evləri, həmin müəssisələrin bəzilərində ailəvi kotteclər tikilib, bir sözlə, hər yerdə qonaqlar üçün bütün şərait yaradılıb. Təbiətin qoynunda da gecələmək mümkündür. Ağbulaq meşəliyindəkiTurististirahət mərkəzi qonaqların çox xoşuna gəlir.

Tovuz rayonu əsasən dağlıq ərazidə yerləşir. Əvvəllər yol rahat deyildi. Sonra hər tərəfə asfalt yollar çəkildi. Onlardan biri dağların başında, ön atəş mövqeyində yerləşən Qaralar kəndinə kimi ucalır.

Dərələri, dolayları burula-burula Əsrik vadisi boyunca dağlara qalxırıq. Bu yerlərin hər fəsli gözəldir... Baxırıq, tədricən yarpaqları saralan ağacların hərəsi bir rəngə çalır. Məxməri meşələr al-əlvan xalıya bənzəyir. Maşın sürətlə irəliləyir. Tovuz-Böyükqışlaq-Qaralar yoluna söz ola bilməz.

Mülkülü kəndinin yanındakı Antik dövrdən xəbər verən Torpaqqala şəhərciyinin, Xınna-Xilxina yaşayış məskəninin, Xinam düzündəki möhtəşəm abidənin, Aşağı Öysüzlüdəki Qoşaqala evinin digər tarixi bölgələrin öz gözəlliyi var.

Turistlər daha çox Aşağı Quşçu kəndinin yaxınlığındakı Göytəpə yaşayış məskəni ilə maraqlanırlar. Qədim tarixinə görə Qafqaz bölgəsində nadir abidədir ki, o da Tovuzun payına düşüb. Arxeologiya Etnoqrafiya İnstitutunun ekspedisiyası Fransa mütəxəssisləri ilə birlikdə Göytəpə yaşayış məskənində kəşfiyyat müşahidələri apararaq maraqlı materiallar üzə çıxarıblar. Abidənin dəqiq tarixinin təyin edilməsi üçün həmin materiallar Fransa Milli Araşdırmalar Mərkəzində radio-karbon analizindən keçirilib. Tam ciddi tədqiqat zamanı bəlli olub ki, Göytəpə yaşayış məskəninin yaşı bizim eradan xeyli əvvələ - dördüncü minilliyə gedib çıxır. Bundan sonra hər yanda əvəzsiz tapıntıya meyil-maraq çoxalıb. Bu yerlərin qədimliyi bir çox nüfuzlu elm ocaqlarının ciddi marağına səbəb olub. 2008-ci ildən başlayaraq hər il Fransa Milli Araşdırmalar Mərkəzi Tokio Universiteti əməkdaşlarının iştirakı ilə burada stasionar arxeoloji qazıntılar aparılır. Dünya miqyasında Göytəpə yaşayış məskəni tipli Neolit dövrünə aid arxeoloji abidələr ilkin sivilizasiyanın başlanğıc nöqtəsi, insanların mütəşəkkil yaşayış tərzinin bərqərar olduğu şəhər mədəniyyətinin formalaşması mərhələsi kimi dəyərləndirilir. Bütün bunlara əsaslanan dünyamiqyaslı alimlərin yekdil rəyi bu oldu ki, Göytəpə yaşayış məskəninin azı 8 minillik tarixi var.

Göytəpə indi hər yerdə tanınır, onun tarixi tədqiq təqdir olunur. 2009-cu ildə Tokio Universitetində, 2010-cu ildə Londonun Britaniya Muzeyində, yenə həmin ildə Parisin Kollec-de-Frans təhsil müəssisəsində, 2011-ci ildə Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunda Gürcüstan Milli Tarix Muzeyində Göytəpə materiallarının təqdimatı olmuşdur.

Dövlət başçısı İlham Əliyevin bu yerlərə səfəri Göytəpə yaşayış məskəninin taleyində yeni səhifə açdı. Prezident bu ilkin yurd yerinə çox böyük qiymət verdi: “Azərbaycanın ən qədim maddi-mədəniyyət nümunələri içərisində Tovuz rayonu ərazisindəki Göytəpə arxeoloji kompleksinin özünəməxsus yeri vardır. Neolit dövrünə aid bu yaşayış məskəni tariximizin öyrənilməsi, eləcə respublikamızda turizmin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır”. Dövlət başçısı 18 aprel 2012-ci il tarixli sərəncamı iləGöytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqındasərəncam imzaladı.

Bəli, Tovuzda turizmin inkişafı üçün yeni-yeni imkanlar açılır. BeşulduzluAyan-Palace” hotelinin inşası da bu sahədə irəli atılan addımlardan biri sayıla bilər. Lakin söhbət etdiyimiz turistlərin çoxu dedi ki, bu, çox gözəldir, di gəl ki, bahalıdır. O, yüksək imkanlı şəxslər üçün nəzərdə tutulub. İndiki halda Tovuzda üçulduzlu-dördulduzlu hotellərin inşasına daha böyük ehtiyac duyulur. Belə olarsa, gözəlliklər məskəni Tovuza gələnlərin sayı daha da artar.

 

Əhməd İSAYEV,

 

Azərbaycan.- 2015.- 3 sentyabr.- S. 7.