Tamaşaçıların sevimli aktyoru

 

Azərbaycan kino teatrı tarixində xüsusi yeri olan Azərbaycan SSR xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyi Bakıda bölgələrdə təntənə ilə qeyd edilir. Bu təntənələr məni çox sevindirir. Sənət dostum olmuş Məmmədrza Şeyxzamanovun yaratdığı bir çox obrazlara heyranlıqla baxmışam. Azərbaycan Milli Dram Teatrında hazırladığım iki tamaşada isə (N.DumbadzeninDarıxma, ana!” İ.ƏfəndiyevinQəribə oğlanəsərlərində) əsas rolların ifaçısı olub.

1934-cü ildə Gəncə İnşaat Texnikumunda oxuyan zaman M.Şeyxzamanovu görkəmli rejissor Həbib İsmayılov (“Ögey anafilminin rejissoru) Gəncə Dövlət Dram Teatrına dəvət edir. Rejissor onu gələcəkdə tamaşaçı tərəfindən sevilən istedadlardan biri kimi görürdü səhv etmirdi. Çünki Şeyxzamanovun istedadı özünü daha çox surət yaratmaqda, surətin daxili aləmini açmaqda göstərirdi. Onun səhnədə yaratdığı obrazlar tam, bitkin, mənən cismən kamil idi, onun zahiri əlamətlərində, hərəkətlərində, danışığında saxta təsir bağışlayan, tamaşaçını şübhəyə salan əlamət görünmürdü. Əsl sənət meydanı da buradan başlayır: hər obraza həssas münasibət, tamaşaçını valeh edən oyun, təmiz fikirlər pak duyğular aşılayan ecazkar təsir gücü...

1954-cü ildə Hacıkənddə istirahət edirdim, Barat Şəkinskaya da kiçik oğlu Elçinlə orada idi. Hacıkəndin təmiz havalı, ulduzlu, səfalı bir gecəsi idi. İstirahət evinin yeməkxanasında stulları yana çəkib səhnə düzəltmişdilər. B.Şəkinskaya ilə burada dincələnlərin görüşü keçirilirdi. M.Şeyxzamanov da gəlmişdi. O, Barat xanımın həyat yaradıcılığından danışdı, sonraOtellotamaşasından bir neçə parça oynadılar. Otello rolunu Şeyxzamanov, Dezdemonanı isə Barat xanım ifa edirdi. Şeyxzamanovun yaratdığı obraz təmiz xeyirxah görünməklə yanaşı, həm çox qəzəbli coşqun idi.

Ertəsi gün M.Şeyxzamanov ilə yük maşınının arxasında Gəncəyə yola düşdük. Külək Şeyxzamanovun yenicə dən düşən saçlarını yelləyirdi. O isə sevinc dolu nəzərlərlə qarşıda görünən dərələrə, təpələrə baxıb maşındakılarla zarafat edirdi. O zaman təsəvvürümə gətirməzdim ki, bir aydan sonra bu istedadlı aktyorla yenə görüşəcəyik uzun illər bir yerdə işləyəcəyik. Həmin il M.Şeyxzamanovu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət etdilər.

M.Şeyxzamanovun ilk rollarından biri İ.SəfərlininGöz həkimipyesində professor Şahbazov oldu. Milli Dram Teatrının səhnəsində ilk addımlarını atan aktyor obraza böyük məsuliyyətlə yanaşmışdı. O, əsas diqqətini Şahbazovun xarakterindəki xudbinliyə qarşı yönəltmişdi. Bu obraz təkcə xudbin deyildi, o zamanın şöhrətpərəst, fitnəkar, qaba bir karyeristi idi. Şahbazov-Şeyxzamanov geridə qalan, yenilik gətirən adamlardan qorxan baş həkim idi. Diktator kimi hamı ilə qaba rəftar edir, tərəqqidə, inkişafda olan yeniliyi boğmağa çalışırdı. Hər hərəkətində hiss olunurdu ki, onun daxilindəki xudbinlik, vəzifəpərəstlik duyğuları normal düşünməsinə imkan vermir, xeyirxah, qayğıkeş ola bilmir. M.Şeyxzamanov bu surəti o qədər təbii real şəkildə canlandırırdı ki, tamaşaçı onların həyatiliyinə qətiyyən şübhə etmirdi.

M.Şeyxzamanovla birgə çıxış etdiyimizQış nağılı”, “Şeyx Sənan”, “Cavanşir”, “Vaqif”, “Qaçaq Nəbitamaşalarında onun yaratdığı komik, faciəvi, xarakterik rollar öz parlaqlığı ilə bir-birindən seçilirdi. O, hər obrazın hərəkətini götür-qoy edir, davranışda qəti, bütöv məntiq axtarır, oynadığı rollarda ilk növbədə həyat həqiqətlərini nümayiş etdirməyə çalışırdı.

Görkəmli aktyor mətbuata verdiyi müsahibələrindən birində deyirdi: “Hara gedirsən get, harada olursan ol, yaratdığın obrazlardan ayrıla bilmirsən. Çox zaman heç yuxu da yoxdur aktyora... Mən Qacarın ədalətsiz hökmlərini 30 ildir hər dəfə oynayanda hiss edirəm... Mən Nəbinin anasının qanlı köynəyini 10 ildir görürəm. Otellonun günahsız boğduğu Dezdemonanın cəsədi üstündə neçə illərdir, ağlamışam...”

İ.ƏfəndiyevinUnuda bilmirəmpyesində M.Şeyxzamanov professor Möhsünzadə rolunu çox emosional ifa edirdi. Arazın o tayının həsrətini, dərdini çiynində daşıyan bu adam qədər həyəcanlı idi?! Möhsünzadə torpağa, o tayda doğulduğu yurda, mədəniyyətə bağlı bir insan idi.

Şeyxzamanovun bir çox rolları həm teatr səhnəsində, həm kinofilmlərdə ilk baxışdan tamaşaçıların yaddaşına əbədi daxil olurdu, onlara bol-bol sevinc bəxş edirdi. ŞekspirinQış nağılı”nda Poliksen, “Hamlet”ində Paloni, H.CavidinŞeyx Sənan”ında Mərvan, H.MehdininCavanşirtarixi dramında Qılınc, C.MəmmədquluzadəninÖlülərkomediyasında Hacı Həsənağa, İ.ƏfəndiyevinMahnı dağlarda qaldıpyesində Həsənalı kişi obrazlarını böyük məharətlə ifa edirdi. İ.ƏfəndiyevinQəribə oğlankomediyasında Barsuk, N.DumbadzeninDarıxma ana!” əsərində mayor Çıxartaşvili obrazları daha unudulmaz idi.

R.FətəliyevinVəkil neyləsinpyesində M.Şeyxzamanov vəkil Kazım Zamanov obrazını ifa edirdi. Obraz ən gərgin bir anda tamaşaçı qarşısında peyda olur. Vəkil-Şeyxzamanovun işi düz gətirmir. Toy ərəfəsində qızı ağır sarsıntılar keçirir, oğlu doğulduğu evdən gedib başqa yerdə yaşayır, ağır cinayətlər etmiş məhbus onun vəkillik xidmətlərindən imtina edir.

Vəkil-Şeyxzamanov əzab çəkir. Tamaşanın əvvəlində Şeyxzamanov oynadığı obrazı öz peşəsindən başqa heç bir şeylə maraqlanmayan bir adam kimi təqdim edir. Oğlunun harada olduğundan, qızının vaxt ailə qurmağından belə vəkilin xəbəri yoxdur. Vəkil özünü gözə soxmayan, təşəbbüs göstərməyən bir insan idi. Məmmədrza Şeyxzamanov vəkilin ürəyində tufan edən, ona əzab verən dolaşıq hadisələri tədricən açır, onu fağır bir adamdan sözü üzə mərd deyən, ədalət uğrunda axıra qədər qəti hərəkət edən bir mübarizə çevirir.

A.VampilovunÖvladəsərində M.Şeyxzamanov Sarafanov obrazında heç zaman ağlını itirməyən bir adam idi. Çox şeyə inansa da, həyata müdrik nəzərlərlə baxandı. Sarafanov-Şeyxzamanov bütün səhnələrdə varlığı nəcibliyi ilə xeyirxah görünürdü. Həyat yoldaşını iki uşaqla atıb getməsində, bir musiqiçi kimi müvəffəqiyyət qazana bilməməsində o, heç kimi təqsirləndirmir. Onun taleyi bütün səylərinə baxmayaraq, özü demişkən, acı olmuşdur. İndi ömrünün son çağında doğma övladları onu atıb getmək istəyirlər. Sarafanov bu vəziyyətin qarşısında ağılla, təmkinlə davranır, gözlənilmədən gəlib onun evinə çıxan özünü onun oğlu kimi təqdim edən bir oğlanı səmimiyyətlə qəbul edir.

M.Şeyxzamanov komediyanın son pərdəsini xüsusi məharətlə ifa edirdi. Evinə gəlmiş adam onun doğma övladı olmadığını biləndə beli bükülür, çox yazıq bir görkəm alır. Müxtəlif vəziyyətlər keçirir, nəhayət, fiziki qohumluq, mənəvi əlaqələr qarşısında geri çəkilir. Doğma oğlu olmasa da, Sarafanov gələn adamı həqiqi oğlu kimi bağrına basır.

M.Şeyxzamanov müdrik qocaları, ağsaqqalları xüsusi ustalıqla ifa edirdi. H.Cavidinİblisfaciəsində yaratdığı İxtiyar obrazına görə Dövlət mükafatına layiq görülmüşdü. Ona bənzər belə obrazların birini M.ŞeyxzamanovTütək səsifilmində yaratmışdı. Bu, İsfəndiyar kişi obrazı idi. M.Şeyxzamanovun ifasında o, xalqın müdrik atalarını xatırladır. Ürəyiaçıq, ağıllı xeyirxahdır. Tələsik nəticə çıxarmaq, insanın müqəddəs hisslərini tapdalamaq İsfəndiyar kişiyə yaddır. Elə buna görə o, çəkinmədən kolxoz sədrini danlayır, hadisələrə obyektiv yanaşmağı ondan tələb edir, səbirli olmağa çağırır. İsfəndiyar kişi Şeyxzamanovun ifasında dərd, intizar içindədir. Hara baxırsa, müharibəyə getmiş gözünün ağı-qarası olan bir oğlunu görür. Bəzən ona elə gəlir ki, oğlu əsgərlikdən gəlmiş yenə evdə oturub öz sədəfli sazını çalır. İsfəndiyar kişinin sazın səsini eşitməsi, meşədən, kənd küçələrindən qaçaraq evə gəlməsi Şeyxzamanov tərəfindən çox təsirli təəssürat bağışlayır.

Məmmədrza ŞeyxzamanovunBir qalanın sirri”ndə Həkimbaşı, “Bəxtiyar”da professor Rəcəbov, “Leyli Məcnun”da Dərviş, “Əhməd haradadır?” filmində Şirin obrazları bu gün nümayiş etdiriləndə böyük maraq doğurur.

Tamaşaçıların sevimli aktyoru M.Şeyxzamanov oynadığı bütün obrazlar üzərində gərgin sənət axtarışları aparan bir aktyor idi. Hər obrazın xarakterini, baş məqsədini dəqiqliyi ilə müəyyən edirdi. O, oynadığı hər rolu ilə tamaşaçılara sevinc bəxş etməklə, gənc aktyorlara sənət dərsi verirdi.

 

Ağakişi KAZIMOV,

xalq artisti, professor

 

Azərbaycan.- 2015.- 3 sentyabr.- S. 7.