Azərbaycan Dövlət Neft Akademiyasının adının dəyişdirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft Sənaye Universiteti adlandırılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 sentyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 4 sentyabr.- S. 2.