Naxçıvan Muxtar Respublikası Ali Məclisində orden, medal fəxri adların təqdimat mərasimi keçirilib

 

Sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali MəclisindəŞöhrət üçüncü dərəcəliVətənə xidmətə görəordenlərinin, “Tərəqqi”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “İgidliyə görəDövlət qulluğunda fərqlənməyə görəmedallarının, eləcə Azərbaycan Respublikasının fəxri adlarının təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün 38 nəfərə Azərbaycan Respublikasının orden, medal fəxri adları təqdim olunur. Təqdimat mərasimi əlamətdar tarixdə - sentyabrın 3-də keçirilir. 1991-ci il sentyabrın 3-də ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdir.

Ali Məclisin Sədri təltif olunanları ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsinin ildönümü dövlətimizin ali mükafatlarına layiq görülmələri münasibətilə təbrik edərək deyib: 3 sentyabr Azərbaycan tarixində əlamətdar gündür. 1991-ci il sentyabrın 3-də Ulu Öndərimizin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın siyasi həyatında əlamətdar hadisə oldu. Həmin dövrdə ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi təkcə Naxçıvanın deyil, ümumilikdə Azərbaycanın taleyüklü məsələləri ilə bağlı Ali Məclisin sessiyalarında müzakirələr aparmış, mühüm qərarlar qəbul etmiş, ölkədə həyata keçirilən yanlış siyasətə qarşı etirazını bildirmişdir. Əgər 1991-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsəydi, bu gün müstəqil Azərbaycan da olmayacaqdı. Bu tarix Azərbaycana dövlətçilik, inkişaf, birlik, sabitlik əmin-amanlıq gətirdi.

Ali Məclisin Sədri deyib: Ölkəmizdə Ulu Öndərin müəyyənləşdirdiyi yolun inkişaf etdirilməsində yaxından iştirak edən, sədaqət göstərən insanların əməyi layiqincə qiymətləndirilir. Bu gün orden, medal fəxri adlarla təltif olunanlar da ölkəmizin inkişafında fəaliyyətləri ilə fərqlənən şəxslərdir.

Ali Məclisin Sədri təltif olunanların bundan sonra da ölkəmizin inkişafına dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə töhfə verəcəklərinə əminliyini bildirib, orden medalların, Azərbaycan Respublikasının fəxri adlarının döş nişanlarını vəsiqələrini təqdim edib.

Təltif olunanlardan Güllər Məmmədova, Əsgər Əsgərov, Ərəstun Sadiqov, Hafizə Rzayeva, Namiq Əhmədov, Fəxrəddin İbrahimov, Səfər Quliyev, Bəxtiyar Mahmudov, Etibar Musayev, Cavid Səfərov, Musa Abdullayev, Elşad Həsənov, Asəf Quliyev, Fərrux Bayramov Lalə Həsənova minnətdarlıq edərək deyiblər ki, əlamətdar tarixi gündə dövlət mükafatlarına layiq görülmək böyük etimad olmaqla yanaşı, həm ikiqat şərəfdir. Bu gün Azərbaycan onun Naxçıvan Muxtar Respublikası inkişaf edir, tərəqqiyə qovuşur. Bütün bunların təməlində isə ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi dayanır. Muxtar respublikada geniş quruculuq işləri aparılır, bütün yaşayış məntəqələri müasirləşdirilir, insanlar rahat yaşayırlar. Bu inkişaf hər bir sakini doğma torpağa daha sıx tellərlə bağlayır. Müxtəlif sahələrdə çalışan insanlar muxtar respublikanın bugünkü inkişafında pay sahibi olmaqdan qürur duyurlar.

Təltif olunanlar bundan sonra da Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalacaqlarını onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.

 

Azərbaycan.- 2015.- 4 sentyabr.- S. 2.