Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq və
regional təhlükəsizlik məsələləri müzakirə
olunub
Sentyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri İrfan Siddiq ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma separatçı rejimin nümayəndələrinin bəzi beynəlxalq qurumlar tərəfindən qəbul edilməsinin narahatçılıq doğurduğu diqqətə çatdırılıb. Həmçinin bölgədəki hərbi-siyasi vəziyyət, ölkələrimiz arasında hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Böyük Britaniyaya planlaşdırılan səfəri barədə məsələlər də müzakirə edilib.
Azərbaycan.- 2015.- 4 sentyabr.- S. 3.