Müdafiə naziriTurAz Qartalı-2015” təlimlərində iştirak edən şəxsi heyətlə görüşüb

 

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, eləcə Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper CoşkunTurAz Qartalı - 2015” birgə taktiki təlimlərində iştirak edən Azərbaycan Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin yerləşdiyi aerodroma gəliblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq çıxışına ümummilli lider Heydər ƏliyevinBir millət, iki dövlət türk xalqının öndəri Mustafa Kamal AtatürkünAzərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdirkəlamları ilə başlayıb.

Ölkələrimizin təhlükəsizliyi baxımından təlimlərin əhəmiyyətini qeyd edən müdafiə naziri bunun hərbi gücümüzün daha bir nümunəsi olduğunu vurğulayıb. O, təlim iştirakçılarına uğurlar arzulayaraq döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsindən məmnun qaldığını ifadə edib.

Təlimlərin Azərbaycanda keçirilməsinin vacibliyini vurğulayan səfir İsmayıl Alper Coşkun qürur hissi keçirdiyini bildirərək son illərdə belə birgə təlimlərin keçirilməsinin artıq ənənə halını almasını xüsusi qeyd edib.

Sonra təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu istifadəsi barədə brifinq təqdim olunub.

Müdafiə naziri uçuş texniki heyətlə görüşərək döyüş aviasiyasına baxış keçirib, onların taktiki-texniki xüsusiyyətləri, tətbiqi imkanları, həmçinin müxtəlif təyinatlı atəş sistemlərinin hazırlıq səviyyəsi ilə maraqlanıb.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının uğurla davam etdirilməsi şərəfinə ənənəyə uyğun olaraq qurban kəsilib.

Silahlı Qüvvələrin mahnı rəqs ansamblının geniş konsert proqramından sonra təlimlərdə iştirak edən aviasiya vasitələrinin nümunəvi uçuşları nümayiş olunub.

Sonra qonaqlar təlim iştirakçıları birlikdə nahar ediblər.

 

Azərbaycan.- 2015.- 4 sentyabr.- S. 3.