Azərbaycan Türkiyə hərbi təyyarələrinin təlim uçuşları davam edir

 

TurAz Qartalı - 2015” birgə taktiki təlimlərində Azərbaycan Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin vertolyotlarının uçuşları davam edir.

AZƏRTAC xəbər verir ki, təlimlərə Azərbaycan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29”, “F-16”, “Su-25” “F-4E, təyyarələri, “Mi-35”, “Mi-24” döyüş, “Mi-17”, Cougar AS532 Sikorski UH-60” axtarış-xilasetmə vertolyotları cəlb edilib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin zabitləri Elçin Axundov Faiq Əliyev jurnalistlərə müsahibəsində bildiriblər ki, bugünkü təlimlərdə “Mi-17” Cougar AS532 axtarış-xilasetmə vertolyotları təlim üzrə qəzaya uğrayan pilotun xilas edilməsi tapşırığını yerinə yetirib. “MiQ-29” “F-16” qırıcı təyyarələri uzaq, orta yaxın hava döyüşü təlimlərini həyata keçirib. Su-25 F-4E” döyüş təyyarələri yerüstü hədəfləri məhv etmək üzrə təlimlərdə iştirak ediblər. Təlimlərdə həmçinin “Mi-35”, “Mi-24” döyüş, “Mi-17” Sikorski UH-60” döyüş-nəqliyyat vertolyotları tərəfindən təlim-döyüş tapşırıqları icra olunub.

Təcrübə mübadiləsi məqsədilə Azərbaycan təyyarəçiləri Türkiyə Hava Qüvvələrinin, Türkiyə təyyarəçiləri isə Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrində, vertolyotlarında təlim uçuşları yerinə yetiriblər.

Yüksək səviyyədə keçirilən təlimlər sentyabrın 18-dək davam edəcək.

 

Azərbaycan.- 2015.- 4 sentyabr.- S. 3.