Azərbaycan ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

 

Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Dövlət Miqrasiya Xidmətində olub.

AZƏRTAC xəbər verir ki, Xidmət rəisi Firudin Nəbiyev ilə görüşdə Azərbaycan Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.

Uilyam Leysi Sinq Azərbaycanda əcnəbilərin hüquqlarının qorunması sahəsində görülən işlərin təqdirəlayiq olduğunu vurğulayıb.

Qonaqlar Dövlət Miqrasiya Xidmətinin Heydər Əliyev Muzeyi qanunsuz miqrantların saxlanılması mərkəzinin fəaliyyəti ilə tanış olublar.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 4 sentyabr.- S. 4.