Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ParisdəAzərbaycan tolerantlıq ölkəsifotosərgisi açılıb

 

Sentyabrın 3-də Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza DeqatininAzərbaycan tolerantlıq ölkəsiadlı fotosərgisi açılıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

Parisin 1-ci rayonunun meriyasının binasında açılanAzərbaycan tolerantlıq ölkəsifotosərgisi artıq bir neçə gündür ki, Fransa ictimaiyyətinin, Paris sənətsevərlərinin, xüsusilə nüfuzlu media orqanlarının diqqət mərkəzindədir. Bunu sərginin rəsmi açılış mərasiminə gələn qonaqların çoxluğundan da aydın görmək olur.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə birlikdə Fransanın tanınmış ictimai mədəniyyət xadimlərinin bu tədbirə qatılması bir daha Reza Deqatinin sənətinə onun mövzularına olan maraqdan qaynaqlanırdı.

Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare Reza Deqatinin fotolarının həmişə sənətsevərləri təəccübləndirdiyini bildirdi. Qeyd etdi ki, bu sərgi olduqca mühüm mövzuyatolerantlıq məsələsinə həsr edilib. O, sərginin təşkilinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür etdi.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu tədbirin ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət etdiyini vurğuladı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın hər zaman mədəniyyətlə bağlı tədbirlərə öz dəstəyini verdiyini söylədi. Reza Deqatinin budəfəki fotolarının Azərbaycanda tolerantlıq mühitini aydın şəkildə əks etdirdiyini deyən Elçin Əmirbəyov bildirdi ki, Azərbaycan sivilizasiyaların qovuşduğu məkanda yerləşir bu sərgi ölkəmizdəki dinlərarası münasibətləri mükəmməl şəkildə göstərə bilir.

Dünya şöhrətli fotoqraf Reza Deqati tədbirə gəldiyinə görə Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Qeyd etdi ki, hazırkı mürəkkəb dünyada müxtəlif dinlərin xalqların mehriban şəraitdə yaşadığı bir məkan varbu, Azərbaycandır.

Tədbirin təşkilatçısı xanım Karla Areqoni sərginin yüksək səviyyədə keçirilməsi üçün verdikləri dəstəyə görə Azərbaycanın birinci xanımına əməyi olan hər kəsə minnətdarlığını bildirdi.

Sərgidə məşhur fotoqraf Reza Deqatinin müxtəlif illərdə çəkdiyi fotolar nümayiş etdirilir. Bu fotolar izləyiciləri Azərbaycanda yaşayan müxtəlif millətlər dinlərə mənsub xalqların həyat tərzi, adət-ənənələri ilə tanış edir. Tanınmış fotoqrafın sərgidəki işləri Azərbaycanda müxtəlif dini icmaların bir-birinə hörmət ehtiram şəraitində yaşadığının tərənnümünə çevrilib. Fotolarda Azərbaycanın təbiətini, qədim adət-ənənələrini, sadə insanların gündəlik həyatını görmək mümkündür. Bu fotolar həm tarixi məkanlarımızı, Azərbaycanın müxtəlif bölgələrindəki həyat tərzini, həm bu qədim tarixə sahib ölkəmizin müasirliyini izləyicilərin diqqətinə çatdırır.

Birinci xanım Mehriban Əliyeva Reza Deqatinin Azərbaycana həsr olunmuş kitablarından danışdı, bu kitabların ölkəmizin tanıdılması baxımından əhəmiyyətini vurğuladı.

Bu gün dünyada mədəniyyətlərarası sivilizasiyalararası dialoq platformasının aparıcı qüvvəsi olan Azərbaycandakı tolerantlıq mühitini ustalıqla tamaşaçılara çatdıran Reza Deqatinin bu sərgisi Paris sənətsevərləri tərəfindən böyük maraqla qarşılandı. Onu da deyək ki, tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. Reza DeqatininTalelərin qovuşması”, “Müharibə+Sülh”, “Ümid”, “Qəlbin pəncərəsikimi layihələri dünyada məşhurdur. O, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin üzvü, bir çox nüfuzlu universitetlərin fəxri doktoru, Fransa RespublikasınınXidmətlərə görəordeninin laureatıdır.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2015.- 5 sentyabr.- S. 3.