Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 292

 

№ 292                                    Bakı şəhəri, 31 avqust 2015-ci il

 

AzərsuAçıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “AzərsuAçıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “AzərsuAçıq Səhmdar CəmiyyətiAzərsu” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin ona qoşulması şəklində yenidən təşkil edilsin.

2. “Azərsu” ASC hüquq varisliyi qaydasında ona qoşulanAzərsu” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin bütün hüquq öhdəliklərini öz üzərinə götürsün.

3. “Azərsu” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsininAzərsu” ASC- qoşulması ilə bağlı təhvil aktının təsdiq edilməsi səlahiyyətiAzərsu” ASC-nin sədrinə verilsin.

4. “Azərsu” ASC- qoşulanAzərsu” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin nizamnamə kapitalı qoşulma zamanıAzərsu” ASC-nin nizamnamə kapitalına konvertasiya edilmədən ödənilsin, “Azərsu” ASC-nin nizamnamə kapitalı, payların miqdarı dəyəriAzərsu” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin ona qoşulması ilə yenidən təşkili zamanı dəyişmədən mövcud səviyyədə saxlanılsın.

5. “Azərsu” ASC-ninGöyçay SukanalTörəmə Səhmdar Cəmiyyəti Ağdaş SukanalTörəmə Səhmdar CəmiyyətiAzərsu” ASC-ninBirləşmiş SukanalMəhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində fəaliyyət göstərən hüquqi şəxslər kimi müəyyən edilsinlər.

6. “AzərsuAçıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin strukturunun təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 257; 2006, № 1, maddə 59; 2007, № 9, maddə 922; 2009, № 10, maddə 846; 2010, № 11, maddə 1039; 2011, № 5, maddə 442; 2013, № 6, maddə 760) ilə təsdiq edilmişAzərsuAçıq Səhmdar Cəmiyyətinin Strukturu”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2.20 - 2.23-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.20. Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsi;

2.21. Kür Su Təchizatı İdarəsi;

2.22. Ceyranbatan Su Təchizatı İdarəsi;

2.23. H.Z.Tağıyev adına Su Təchizatı İdarəsi;”;

6.2. aşağıdakı məzmunda 2.24-1-ci 2.24-2-ci bəndlər əlavə edilsin:

 “2.24-1. Ekologiya İdarəsi;

2.24-2. İstehsalat-Texniki Komplektləşdirmə İdarəsi.”;

6.3. 3.2-ci, 3.6-cı 3.7-ci bəndlər ləğv edilsin.

7.Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi AzərsuAçıq Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etsinlər.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri